Dyökereşi dünya səviyyəli hücumçu saymıram
Icma.az, Fanat saytına istinadən bildirir.
"Dyökereşi dünya səviyyəli hücumçu saymıram. Onun yaxın beş ildə "Arsenal" üçün ideal forvard olacağını da düşünmürəm".
Fanat.Az xəbər verir ki, bu sözlər İngiltərə millisinin və "Liverpul"un sabiq müdafiəçisi Ceymi Karragerə məxsusdur.
Hazırda futbol eksperti qismində fəaliyyət göstərən veteranın London təmsilçisinin isveçli futbolçusu Viktor Dyökereş barədə dediklərini "The Touchline" belə çatdırıb: "Hərçənd Viktorun futbol mentaliteti xoşuma gəlir. Özünəinamı yüksək səviyyədədir. Topu soyuqqanlılıqla qəbul edir və qol vurur. Onda Alan Şireri xatırladan nəsə var. İşinə münasibətini və özünəinamını nəzərdə tuturam".
Qeyd edək ki, cari mövsüm Dyökereş artıq 15 qol və 2 məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşməyi bacarıb. O, "qol+ötürmə" sistemi üzrə "Arsenal"ın ən məhsuldar oyunçusudur.
Toğrul
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 24 Fevral 2026 13:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















