DYP dən gözlənilən hava ilə bağlı sürücülərə ÇAĞIRIŞ
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitinin yollarda yarada biləcəyi çətinlikləri nəzərə alaraq, hərəkət iştirakçılarını daha diqqətli və məsuliyyətli olmağa çağırıb.
BDYPİ-dən Bizim.Media-ya verilən məlumata görə, sürücülərə yağışlı havada sürət həddini yol və hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, kəskin manevr və qəfil tormozlamadan çəkinmək, eləcə də işıq cihazlarından düzgün istifadə etmək tövsiyə olunub.
Qeyd olunub ki, güclü külək zamanı xüsusilə yük, qoşqulu və tentli nəqliyyat vasitələrinin sürücüləri küləyin hərəkət dayanıqlığına təsirini nəzərə almalıdırlar.
"İntensiv yağıntı nəticəsində su basmış və ya sel təhlükəsi olan yol sahələrinə daxil olmamaq, belə ərazilərdə mövcud məhdudiyyətlərə və polis əməkdaşlarının göstərişlərinə ciddi əməl etmək vacibdir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha hərəkət iştirakçılarını dəyişkən hava şəraitini nəzərə almağa, yollarda tələsməməyə, təhlükəsizlik qaydalarına riayət etməyə çağırır", - məlumatda bildirilib.
Bizim.Media
Baxış sayı:74
Bu xəbər 06 Sentyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















