DYP dən sürücülərə çağırış: Ehtiyatlı olun!
Icma.az bildirir, Axar.az portalına istinadən.
Hazırda paytaxtda, eləcə də respublikanın bəzi bölgələrində müşahidə olunan yağışlı hava şəraiti yol hərəkəti iştirakçıları üçün əlavə çətinliklər yaradır, yol örtüyünün sürüşkənliyini artırır və görmə məsafəsini məhdudlaşdırmaqla yol-nəqliyyat hadisələrinin başvermə riskini yüksəldir.
Axar.az xəbər verir ki, bununla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə müraciətində bildirilib.
Qeyd edilib ki, qurum sürücülərdən hava şəraitini düzgün qiymətləndirməyi, idarəetmə zamanı sürət həddinə ciddi riayət etməyi, ara məsafəsini normadan artıq saxlamağı, nəqliyyat vasitələrinin texniki sazlığını daim nəzarətdə tutmağı və qəfil manevrlərdən çəkinməyi xahiş edir.
"Əlverişsiz hava şəraitində diqqətli, intizamlı və səbrli davranış hər bir hərəkət iştirakçısının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Bu səbəbdən sürücüləri yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırırıq", - müraciətdə vurğulanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 29 May 2026 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















