DYP: Dörd gündə yol qəzalarında 8 nəfər ölüb, 6 nəfər xəsarət alıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
İlin təhvil olduğu və sonrakı 3 gün ərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib.
APA xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin müraciətində qeyd olunub.
Bildirilib ki, bayram tətilinin son günündə ölkə ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınmayıb. Lakin ilin təhvil olduğu və sonrakı 3 gün ərzində ölüm faktı qeydə alınan 6 yol qəzası baş verib. Həmin hadisələrin əksəriyyəti nəqliyyat vasitələrinin toqquşması və maneəvurma ilə bağlı olub. Belə ki, Nəsimi və Göyçay rayonlarında qeydə alınan toqquşma, eləcə də Goranboy və Astara rayonlarında baş verən maneəvurma hadisələri nəticəsində 6 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb. Paytaxtın Xəzər və Yasamal rayonlarında piyadaların və velosipedçinin vurulması hadisələri də qeydə alınıb ki, nəticədə 2 nəfər həlak olub, 1 nəfər isə yaralanıb:
"Hadisələrin başvermə səbəblərinin təhlili göstərir ki, uzaq məsafələrə səfərlərin əsasən gecə saatlarına planlaşdırılması, sürət həddinin aşılması, sürücülərin yorğun və yuxusuz halda nəqliyyat vasitəsini idarə etməsi, eləcə də turizm bölgələrində nəqliyyat sıxlığının artması fonunda sükan arxasında diqqətsiz davranış qəzalara şərait yaradan əsas amillərdəndir.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, sürət həddini yol və hava şəraitinə uyğun seçməyə, həmçinin yorğun və yuxusuz halda sükan arxasına əyləşməməyə çağırır".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 05 Yanvar 2026 15:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















