Icma.az
close
up
RU
“E1” layihəsi Fələstin dövlətinin yaradılması ehtimalını məhv edəcək Ekspertlər

“E1” layihəsi Fələstin dövlətinin yaradılması ehtimalını məhv edəcək Ekspertlər

Icma.az, Turkstan.az saytına istinadən bildirir.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, İsrailin fələstinlilərdən zəbt olunmuş torpaqlarda yaşayış məntəqələrinin genişləndirilməsini nəzərdə tutan mübahisəli “E1” layihəsini təsdiqləməsi, iki dövlətli həll imkanını və gələcəkdə Fələstin dövlətinin yaradılması perspektivini ciddi şəkildə təhlükə altına sala bilər.

Turkustan.az xəbər verir ki, ilk dəfə 20 ildən çox əvvəl gündəmə gətirilən “E1” layihəsi Şərqi Qüds ilə Qərbi Qüds arasında yerləşən, “Maale Adumim” yaşayış məntəqəsini birləşdirəcək 12 kvadrat kilometrlik ərazidə tikinti işlərinin aparılmasını nəzərdə tutur. Bu plan, Qüdsün şərq cinahını Əbu Dis, əl-Eizariya və Anata kimi fələstinli şəhərlərdən ayıraraq, İordan çayının qərb sahilini şimal və cənub olmaqla iki hissəyə bölməyi hədəfləyir.

Fələstin Administrasiyasına bağlı Divar və Məskunlaşma Müqavimət Komissiyası hesab edir ki, İsrail hökumətinin bu planı təsdiqləməsi iki dövlətli həllə ümidləri praktiki olaraq sonlandıra bilər. Komissiyanın açıqlamasına görə, layihəyə əsasən Maale Adumim, Givat Zeev və Qush Etzion bölgələri “Böyük Qüds” layihəsi çərçivəsində birləşdiriləcək və bu, Qüdsün ətrafındakı fələstinli əhalini əhatədən çıxaracaq.

Komissiya həmçinin xəbərdarlıq edir ki, layihənin həyata keçirilməsi İordaniya vadisində və onun şərq yamaclarında yerləşən 46 bədəvi icmasının məcburi köçürülməsinə səbəb ola bilər. Bu isə bölgənin demoqrafik strukturuna və fələstinli icmaların sosial toxumasına ciddi zərbə vuracaq.

Qeyd edilir ki, “E1” planı ilk dəfə 1999-cu ildə təsdiqlənib. 2012-ci ildə plan genişləndirilərək yalnız yaşayış sahələrini deyil, eyni zamanda sənaye zonaları, polis qərargahları, turizm parkları və istirahət məkanlarını da əhatə edən layihə kimi təsdiqlənib.

Artıq bəzi ailələrin 2023-cü ilin oktyabrından etibarən köçürüldüyü bildirilir. Hökumət tərəfindən Yerixonun yaxınlığında və Şərqi Qüdsün Əl-Eizariya bölgəsində alternativ məskunlaşma yerləri təklif olunsa da, yerli sakinlər bu təklifləri qəbul etməyərək layihəyə qarşı çıxış etməyə davam edirlər.

Aytən Yaşar/ Turkustan.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 26 Avqust 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see286

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see280

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see273

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see266

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see257

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see255

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see247

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see247

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see242

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see239

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see238

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see223

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see221

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see217

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see212

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see212

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see211

T. Edison, S. Dali və A. Eynşteyn yeni ideyalar üçün bu dalğalardan istifadə edib

26 Noyabr 2026 12:32see210

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see203

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri