EAPCA Niderland parlamentinin Azərbaycan əleyhinə qətnaməsinə etiraz müraciəti təqdim edib
Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
"Avro-Atlantik Azərbaycanlılar Tərəfdarlıq Şurası" (EAPCA) Niderland parlamentinin Nümayəndələr Palatasının bu il aprelin 16-də Haaqada Azərbaycan əleyhinə qəbul etdiyi növbəti qərəzli və birtərəfli qətnaməyə görə qurumun Xarici əlaqələr komitəsinə müraciət təqdim edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə EAPCA-nın rəhbəri Sahil Qasımov məlumat verib.
O, mayın 26-da rəsmi müraciəti Niderland parlamentinin Xarici əlaqələr komitəsinin katibi Aryen Vesterhofa və krallıq əlaqələri və xarici işlər üzrə katib Cenifer Riçardsona təqdim edərək onun məzmunundan bəhs etdiyini bildirib:
"Görüşdə EAPCA İdarə Heyətinin üzvü Ofelya Babayeva, qurumun gənc üzvləri Mendi Viynqart, Umut Demirtaş, əslən Ağdamdan olan, Niderlandın "Müharibə hekayələri" adlı cəmiyyətinin rəhbəri İlkane van den Berq iştirak ediblər. Müraciətdə deyilir ki, Niderland parlamenti bir daha obyektivlik, beynəlxalq hüquq normaları və ədalətli yanaşma prinsiplərindən uzaq mövqe sərgiləyib, regionda baş verən proseslərə selektiv və siyasi maraqlar prizmasından yanaşıb. Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərini təmin edib, bölgədə davamlı sülhün və əməkdaşlığın qurulması istiqamətində ardıcıl addımlar atıb".
S.Qasımov müraciətdə, həmçinin Niderland parlamentinin Azərbaycana qarşı ikili standartlar tətbiq etməsinin anlaşılmaz və beynəlxalq hüquqa zidd olmasının vurğulandığını söyləyib:
"Niderland parlamentinin Azərbaycana qarşı intensiv olaraq qəbul etdiyi bu qəbildən olan sənədlər kampaniya xarakteri alıb. Belə bir dövrdə qəbul edilmiş bu cür qərəzli qətnamələr revanşist qüvvələri daha da ruhlandırır. EAPCA Niderland parlamentini Cənubi Qafqazda yaranmış yeni reallıqları qəbul etməyə çağırır. "Avro-Atlantik Azərbaycanlılar Tərəfdarlıq Şurası" bu coğrafi məkanda yaşayan azərbaycanlıların səsini ifadə edir".
Aryen Vesterhof da öz növbəsində EAPCA-nın müraciətini Niderland parlamentinin Xarici əlaqələr komitəsinə təqdim edəcəyini və qurum üzvlərindən aldığı məlumatları ölkə parlamentinin Nümayəndələr Palatasının üzvlərinə çatdıracağını vurğulayıb.
Qalereya
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 29 May 2026 14:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















