Icma.az
close
up
RU
Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir...

Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir...

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

SİA xəbər verir ki, əlyazmalar İnstitutunda verilən məlumata görə, tədbiri giriş nitqi ilə açan institutun direktoru akademik Teymur Kərimli çıxışında öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı olan Əbdürrəhim bəy Haqverdiyevin çoxşaxəli fəaliyyətindən, onun humanist ruhlu yaradıcılığından söz açıb.

Bildirib ki, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamış ədib zəngin hekayələri ilə nəsr tariximizin ən qiymətli nümunələri sırasında xüsusi yer tutur. Əbdürrəhim bəyin ədəbi irsinin bu gün də tədqiqatçıların hədəfində olduğunu vurğulayan alim bu böyük dramaturqun məhz dünya səviyyəli bir şəxsiyyət kimi UNESCO-nun diqqət mərkəzində olduğunu diqqətə çatdırıb.

Daha sonra çıxış üçün söz məruzəçilərə verilib.

İnstitutun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri fil.e.d., dosent Nailə Səmədova, həmin şöbənin aparıcı elmi işçisi fil.ü.f.d., dosent Afaq Əliyeva və böyük elmi işçisi Aytən İmanova mövzuya uyğun məruzələrlə çıxış edərək Əbdürrəhim bəy Haqverdiyevin arxivi, onun gizli imzaları və nəşr olunmamış əlyazmaları haqqında geniş məlumat veriblər. Sənətkarın dramaturji irsinin ölkəmizdə teatr mədəniyyətinin yüksəlişində böyük rol oynadığını qeyd edən məruzəçilər ədibin klassik realist dramaturgiyamızı dоlğun məzmunlu dram və nəsr əsərləri ilə zənginləşdirdiyini diqqətə çatdırıblar. Bildiriblər ki, Haqvеrdiyеvin bir klassik kimi işıqlı xatirəsi xalqımız üçün həmişə əziz qalacaq.

Sonda institutun Ekspozisiya zalında Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsinin Əbdürrəhim bəy Haqverdiyevin 155 illik yubileyi münasibətilə hazırladığı sərgi nümayiş olunub.

Tədbir iştirakçılarının xatirə fotosu çəkilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sia.az
archiveBu xəbər 20 May 2025 21:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri