Icma.az
close
up
RU
“Əbədi Birliyin Təminatçısı: Ulu öndər Heydər Əliyev” adlı tədbir keçirildi

“Əbədi Birliyin Təminatçısı: Ulu öndər Heydər Əliyev” adlı tədbir keçirildi

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Əbədi Birlik Gənclər İctimai Birliyi‘nin təşkilatçılığı ilə “Əbədi Birliyin Təminatçısı: Ulu Öndər Heydər Əliyev” adlı tədbir keçirildi  Şimali Kiprli jurnalist, tədbir aparıcısı, uzun müddət Əbədi Birlik Gənclər İctimai Birliyi‘nin Şimali Kipr nümayəndəsi olaraq fəaliyyət göstərmiş Serdar Şengülün aparıcılığında olan tədbirdə Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı, Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə, qazi və müharibə iştirakçıları, siyasət, mədəniyyət, elm adamları iştirak edib.

İctimai birlikdən XQ-yə bildirilib ki, tədbir zamanı Ulu Öndər Heydər Əliyev və Türk dünyası şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyə dövlətlərinin himnləri səslənib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Məclisi sədrinin müavini Musa Qasımlı Ulu Öndər Heydər Əliyevin dövlətçilik fəlsəfəsi, onun Azərbaycançılıq ideologiyasının formalaşmasında və Türk dünyası ilə əlaqələrin gücləndirilməsində oynadığı müstəsna roldan bəhs edib. O, bildirib ki, Heydər Əliyev yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının böyük lideri kimi tarixdə öz izini qoyub.

Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, Ədliyyə Nazirliyi yanında İctimai Şuranın sədri Çingiz Qənizadə isə çıxışında gənclərin milli və mənəvi dəyərlərlə tərbiyə olunmasında belə tədbirlərin əhəmiyyətindən danışaraq, “Əbədi Birlik” Gənclər İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.

Daha sonra tədbirdə çıxış edən qazi və müharibə iştirakçıları, eləcə də tanınmış ziyalılar Ulu Öndərin müstəqil Azərbaycanın qurulması və qorunması uğrunda apardığı mübarizəni xüsusi vurğulayaraq, onun siyasi irsinin gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd ediblər.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib, eləcə də iştirakçılar üçün azərbaycanlı dombra ifaçısı Adnan Əmirli tərəfindən “ErTuran - Türk Qanı” musiqisi səsləndirilib.

Sonda “Əbədi Birlik” Gənclər İctimai Birliyinin sədri Şahin Əliyev tədbirin əhəmiyyətindən danışaraq, Heydər Əliyev irsinin yaşadılması və Türk birliyinin möhkəmləndirilməsi istiqamətində birliyin fəaliyyətini daha da gücləndirəcəyini bildirib. O, eyni zamanda, tədbirin təşkilinə dəstək verən bütün iştirakçılara və qonaqlara təşəkkürünü bildirib.

Tədbirdə çıxış edən Şimali Kiprli jurnalist və tədbirin aparıcısı Serdar Şengül Ulu Öndər Heydər Əliyevin yalnız Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün böyük əhəmiyyətə malik lider olduğunu vurğulayıb, çıxışında bildirib: “Bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi strateji xətti uğurla davam etdirir. Şimali Kipr Türk Cümhuriyyəti Prezidenti cənab Ersin Tatar ilə qurulan münasibətlər, Rauf Denktaş və Heydər Əliyev irsinin layiqincə davam etdiyinin göstəricisidir. Ankara–Bakı–Lefkoşa üçbucağında yüksələn Türk birliyi gələcəyimizin təminatıdır.”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 May 2025 18:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri