Icma.az
close
up
RU
Menu

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

Ankara və İrəvanın yeni məramları nədir?

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

Qvardiola Mançester Siti nin matçında

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Əbədi və sarsılmaz müstəqillik

Əbədi və sarsılmaz müstəqillik

Icma.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Müsəlman Şərqinin ilk demokratik və dünyəvi respublikası olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasından 107 il ötür. 1918-ci il may ayıının 28-də İstiqlal Bəyannaməsinin imzalanması ilə Azərbaycanın müstəqilliyinin bəyan olunması zəngin dövlətçilik ənənələri olan xalqımızın yenidən milli dirçəlişi prosesinin məntiqi nəticəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövlətçilik tariximizin olduqca mühüm hadisələrindən biridir. İlk müstəqil respublikamız cəmi 23 ay mövcud oldu. Lakin bu qısa dövrdə xalqımızın milli mənlik şüurunu özünə qaytarmış, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu əyani şəkildə bütün dünyaya nümayiş etdirmiş, dövlətçilik ənənələrimizi zənginləşdirən addımlar atmışdı. Belə ki, qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti, ordusu yaradılmış, dövlət atributları təsis edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmişdi. Təsadüfi deyil ki, bu gün müasir respublikamızda bir çox dövlət qurumlarının yaranma tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlayır.

Cümhuriyyət parlamentinin o dövrdə qəbul etdiyi qanunlar müstəqilliyimizin möhkəmləndirilməsində, ölkədə siyasi, iqtisadi və mədəni inkişafın təmin olunmasında, demokratik prinsiplərin təsbit edilməsində əsaslı rol oynamışdı. Bir məsələni də xüsusi qeyd etmək yerinə düşər ki, Azərbaycan Xalq Cümhuriyyəti bütün Şərqdə qadınların seçki hüququ əldə etdiyi ilk ölkə idi. O zaman qadınların seçki hüququ hətta hazırki bir çox demokratik Qərb ölkələrində belə tanınmırdı. Bütün bunlarla yanaşı, Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, demokratiya və insanların bərabərliyi prinsiplərinə əsaslanaraq bütün ölkə vətəndaşlarına eyni hüquqların verilməsi, irqi, milli, dini, sinfi bərabərsizliyin aradan qaldırılması yeni dövlətçilik ənənələrinin formalaşmasına mühüm təsir göstərmişdi.

Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması ilə diplomatik müstəvidə milli maraqlarının qorunması istiqamətində də bir sıra uğurlara nail olunmuşdu. Məhz Xalq Cümhuriyyətinin gördüyü işlər 1920-ci ilin aprel ayında bolşevik işğalından sonra Azərbaycanın bir dövlət kimi dünyanın siyasi xəritəsindən silinməsinin qarşısını aldı. Cümhuriyyət süqut etsə də, onun şüurlara aşılamış olduğu müstəqillik ideyaları xalqımızın yaddaşından heç vaxt silinmədi.

Azərbaycan xalqı öz dövlətçilik ənənələrinə söykənərək 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdi. Lakin müstəqilliyimizin ilk illərində baş verənlər göstərirdi ki, azadlığı qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. O dövrdə respublikamızda baş verən xaotik proseslər yalnız yenicə əldə etdiyimiz müstəqilliyimizi təhlükə qarşısında qoymamışdı. Həm də dövlətçiliyimizin taleyi sual altına düşmüşdü. Əgər 1993-cü ilin iyununda xalqımızın Ulu Öndəri Heydər Əliyev xilaskarlıq missiyası ilə siyasi meydana daxil olmasaydı, bəlkə də bugünkü müstəqilliyimiz də mövcud olmazdı. Yalnız Heydər Əliyevin böyük dühasının, bu dahi şəxsiyyətin görkəmli dövlət xadimi kimi zəngin siyasi təcrübəsinin və uzaqgörənliyinin nəticəsi olaraq müstəqilliyimiz xilas edildi, dövlətçiliyimizin əbədiliyi təmin olundu. Müasir və müstəqil Azərbaycan dövlətini yaradan Heydər Əliyev öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrildi.

Məhz Heydər Əliyevin sayəsində Azərbaycan özünün geosiyasi maraqlarını uğurla gerçəkləşdirməyə nail oldu, dünya birliyində özünə layiqli yer tutdu. Ulu Öndərin müəllifi olduğu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi isə müstəqilliyimizin və dövlətçiliyimizin təməllərini daha da möhkəmləndirib, Azərbaycanı regional və qlobal səviyyədə söz sahibi olan nüfuzlu dövlətə çevirib. Bu siyasətin nəticəsidir ki, respublikamız hazırda öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu gün Azərbaycanın kosmik klubda təmsil olunması, Bakı-Tbilisi-Ceyhan və Cənub Qaz Dəhlizlərini ərsəyə gətirərək neft və təbii qazı tarixdə ilk dəfə olaraq alternativ marşrutlarla dünya bazarlarına çıxarması, Avrasiyanın nəqliyyat xəritəsində lider mövqeyə çıxması, Çin kimi dünya nəhəngi ilə strateji tərəfdaş olması həm də tarixin ən güclü Azərbaycanını dünyaya bəyan edir.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ən böyük uğurları əlbəttə ki, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi, Qarabağdakı erməni separatizminə son qoyulmasıdır. Bütün bunların müəllifi və memarı olan Prezident İlham Əliyev tariximizə həkk etdiyi zəfərlərlə həm də bir neçə əsrlik dövlətçilik irsimizi zənginləşdirdi. Böyük qürurla qeyd etməliyik ki, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə ucaltdığı, Ulu Öndər Heydər Əliyevin hələ SSRİ-nin mövcud olduğu 1990-cı ildə böyük cəsarətlə rəsmi bayraq kimi yenidən yüksəltdiyi üçrəngli bayrağımızı Müzəffər Ali Baş Komandan İlham Əliyev bütün Qarabağ və Şərqi Zəngəzurda, iki əsrə yaxın erməni separatizminin əsarətində qalan Xankəndidə dalğalandırdı. Bayrağımızın azad olunmuş ərazilərdə vüqarla dalğalanması Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir.

Zəngin dövlətçilik irsi Azərbaycan xalqının fəxarət mənbəyidir. Böyük məmnunluqla qeyd edilməlidir ki, bu irsin öyrənilməsi və gələcək nəsillərə ötürülməsi Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi məsələlərdəndir. Bakının mərkəzində «İstiqlal» abidəsinin ucaldılması, Azərbaycan Xalq Cümhuriyyətinin ensiklopediyasının dərci, İrəvan xanlığının tarixinin yenidən araşdırılması bunu təsdiq edir. Bütün bunların davamı kimi Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ilin ölkəmizdə «Cümhuriyyət ili» elan olunması, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin böyük təntənə ilə keçirilməsi dövlətçilik və müstəqillik irsimizə böyük ehtiramın təcəssümü kimi tarixə həkk olunub. 2021-ci ilin oktyabrında isə Milli Məclis tərəfindən “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Sözügedən Qanunla 28 may Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Ulu Öndər Heydər Əliyev müstəqilliyimizlə bağlı deyib:

"Əminəm ki, biz müstəqilliyin geniş yoluna çıxacağıq və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, Azərbaycanın dövlət müstəqilliyi əbədi, dönməz olacaq və bizim müstəqilliyimizi, milli azadlığımızı heç kəs, heç bir yolla sarsıda bilməyəcəkdir".

 Bəli, Azərbaycan artıq elə bir səviyyəyə yüksəlib, elə bir qüdrətli dövlətə çevrilib ki, heç bir qüvvə müstəqilliyimizə təhdid yarada bilməz.

Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan möhtəşəm uğurların fonunda müstəqilliyimizin əbədi, sarsılmaz və dönməz olması aydın görünür.

Xanlar Fətiyev

Milli Məclisin deputatı


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://missiya.az
archiveBu xəbər 27 May 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see375

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see333

“Milli geyimlərimiz və kəlağayı milli mənəvi dəyərlərimizin mühüm bir hissəsidir” Nailə İsmayılova

14 Oktyabr 2026 18:54see323

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see293

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see291

Türkiyə rəhbərliyinin susqunluğu Azərbaycan cəmiyyətində suallar doğurur Politoloq

14 Oktyabr 2026 19:36see287

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see267

Ankara və İrəvanın yeni məramları nədir?

14 Oktyabr 2026 18:43see249

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see246

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see228

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see217

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see215

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see204

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib EKSKLÜZİV

14 Oktyabr 2026 17:59see203

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see202

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see200

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see198

OPEC+ ölkələrinin hasilat güclərinin qiymətləndirilməsi ilin sonuna hazır olacaq

14 Oktyabr 2026 17:16see196

Sürücülərin NƏZƏRİNƏ: Avtomobilinə bu quraşdırmanı edənlər 150 manat cərimə olunacaq

14 Oktyabr 2026 20:04see187

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri