“Əbədi xatirə, əbədi işıq” adlı tədbir keçirilib
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 26 sentyabr, AZƏRTAC
Leopold və Mstislav Rostropoviçlərin ev-muzeyində 27sentyabr - Anım Günü ilə bağlı “Əbədi xatirə, əbədi işıq” adlı tədbir təşkil olunub.
Ev-muzeyindən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Sonra Vətənpərvərlik mövzusunda film təqdim olunub.
Tədbir çərçivəsində 44 günlük Vətən müharibəsinin şanlı tarixindən bəhs olunub, qəhrəmanlıq nümunələrinə nəzər salınıb.
Bülbül adına Orta İxtisas Musiqi Məktəbi şagirdlərinin ifasında “Bayat-Şiraz” muğamı, Vaqif Adıgözəlovun “Layla”, “Qərənfil”, Üzeyir Hacıbəylinin “Sənsiz” əsərləri səsləndirilib. 189-190 nömrəli tam orta məktəbin şagirdləri şeirlərlə çıxış ediblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 26 Sentyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















