Icma.az
close
up
RU
Menu

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Azərbaycan benzini hansı ölkələrə satır?

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Əbədiyyətə ünvanlanan şəhidlik dastanı

Əbədiyyətə ünvanlanan şəhidlik dastanı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Şəhid jurnalist Məhərrəm İbrahimov barədə yazılmış “Jurnalist ömrünün əbədiyyət nəğməsi” kitabı milli mətbuatımızın 150 illik yubileyi günlərində ictimaiyyətə təqdim edilmişdi. Gənc qələm sahibinin yarımçıq kəsilmiş ömür yoluna işıq salan nəşrin nüsxələrinin bir hissəsi və elektron versiyası  geniş oxucu auditoriyasında yayılmaq üçün bugünlərdə Milli Kitabxanaya təhvil verilib.

Bu münasibətlə keçirilən mərasimdə kitabxananın direktoru, professor Kərim Tahirov AZƏRTAC-in Kəlbəcərdə xidməti vəzifəsini yerinə yetirərkən tank əleyhinə minanın partlaması nəticəsində həlak olmuş əməkdaşı barədə yazılmış dəyərli kitabın nüsxələrinin yayılmasını onlara həvalə etdiklərinə görə nəşrin müəllifinə və şəhidin ailəsinə təşəkkürünü bildirib. O qeyd edib ki, erməni qəsbkarların xalqımıza qarşı qanlı düşmənçiliyini, qeyrətli soydaşlarımızın bu xəyanət və vəhşiliklərə son qoymaq üçün apardığı şanlı mübarizəni tarixin yaddaşına həkk etməkdə belə kitablar ən yaxşı mənbədir. Dəyərli nəşrləri oxuculara çatdırmaq isə onların vəzifə və vətəndaşlıq borcudur.

Milli Məclisin deputatı Rizvan ­Nəbiyev, kitabın rəyçisi, fəlsəfə ­doktoru ­Hümbət Hüseynov, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, “Real” televiziya kanalının əməkdaşı Kamran Qasımov, Səbail Rayon İcra Hakimiyyətinin nümayəndəsi Gülnar Məmmədova 2021-ci il iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndinə gedən yolda Ermənistanın ölkəmizə qarşı düşmənçiliyinin gizli davamı olan mina terrorunun  qurbanı olmuş Məhərrəm İbrahimovun xatirəsini əbədiləşdirən kitabın geniş yayılmağa layiq olduğunu söyləyiblər.

Onlar şəhid jurnalistin işğalçıların 30 il müddətində Qarabağda törətdiyi misilsiz vandallığın salnaməsini yaratmaqla milli yaddaşı zənginləşdirməyə, ermənilərin yırtıcı xislətini açıb dünyaya göstərməyə xidmət etdiyini vurğulayıblar. 

Bildirilib ki, şəhidlik zirvəsində əbədiləşmiş qeyrətli jurnalistin ömür yoluna işıq tutan kitabın ölkənin kitab yayımı şəbəkəsinə verilməsi bu igidlik dastanının əbədiyyətə ərmağan edilməsidir. Yeni nəsillər belə kitablarla ata-babalarının tarixdə qazandığı ən böyük zəfər salnaməsini vərəqləyəcəklər. Məhərrəm İbrahimov kimi şəhidlərin yarımçıq ömrü isə xatirələrdə ölümsüzlük qazanacaq.

Kitabın müəllifi, şəhidin qardaşı Əsgər İbrahimov müraciətlərini qədirbilənliklə qəbul etdiklərinə, nəşrin ölkədə yayılmasını təşkil edəcəklərinə görə Mərkəzi Kitabxananın kollektivinə razılığını bildirib. Mərasimdə şəhid Məhərrəm İbrahimovun ailə üzvləri kitabxanaya daimi oxucu qəbul ediliblər.

T.RÜSTƏMLİ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 05 Avqust 2025 21:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see366

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see358

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see354

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see326

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see325

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see251

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see238

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see233

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see231

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see227

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see222

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see218

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see209

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see207

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see201

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see196

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see194

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see190

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see164

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri