Icma.az
close
up
RU
Əbləhlərə bir fotoluq CAVAB

Əbləhlərə bir fotoluq CAVAB

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Sosial şəbəkədə tez-tez yayılan bir foto var. Birinci Qarabağ müharibəsi zamanı işğalçı Ermənistan ordusu tərəfindən əsir götürülmüş azərbaycanlı hərbçiyə qarlı havada öz qəbrini qazdırırlar. Dəhşətli səhnədir, yəqin ki, həmin kadrdakı qəhrəman həmvətənimiz də bu günə qədər sorağı bilinməyən 4 min itkinimizin sırasındadır. Erməni faşistləri adamlarımızı öz torpaqlarında əsir götürür, qəbirlərini qazdırır, sonra da...Kim bilir, bəlkə gülləyə də ehtiyac durmayıblar, elə diri-diri basdırıblar...

Təkcə bu kadr, bu acı hekayə bəs etməliydi Azərbaycan və Ermənistana qiymət vermək, onlar arasında fərq qoymaq, seçim etmək üçün. Amma biz nələri gördük ötən illərdə?..Bu günə qədər ən müxtəlif səviyyələrdə haqsızlıqlara məruz qalmaqdayıq. Xocalıda dinc sakinləri müdafiə edərkən sonadək döyüşən, hətta əsir götürüləndə də əlindəki bayrağı düşmənə təhvil verməyən, xarici media təmsilçilərinin gözləri qarşısında sorğulanan, Vitali Balasanyan kimi, bu günədək İrəvanda şellənən canilərin şahidliyi ilə gedər-gəlməzə yola salınan Azərbaycanın Milli Qəhrəmanı Natiq Qasımovun taleyi barədə əslində bu gün ölkəmizi ittiham edən paytaxtlar, təşkilatlar Ermənistan rəhbərliyinə suallar ünvanlamalı idi.

İsrailin HƏMAS əsirliyindəki vətəndaşları sonuncu ölü-dirisinə qədər geri qaytarıldı, amma Təl-Əviv bu günə qədər düşməninin başına od ələyir, beynəlxalq aləm də onun haqqını tanıyır, gözün üstə qaşın var deyən yoxdur. Amma Azərbaycanın 4 min vətəndaşı, uşaqdan qocayadək çoxsaylı insanı ilim ilim itirilib, Ermənistanı deyil, Azərbaycanı ittiham edirlər. İşğaldan azad olunmuş ərazilərdə onlarla kütləvi məzarlıqlar aşkarlanıb, qalıqların dəqiqləşdirilməsi işləri davam edir. Ermənistan nə kütləvi dəfn olunmuş azərbaycanlıların yerini, nə də kütləvi şəkildə basdırılmış minaların gerçək xəritələrini Azərbaycana təhvil verir. Beynəlxalq təşkilatlar susurlar. Azərbaycan 44 günlük müharibədən sonra 400 nəfərdən çox qurban verib mina partlayışı nəticəsində.

Müharibə bitib. Amma Ermənistanın ölkəmizə qarşı səssiz savaşı davam edir! Nikol Paşinyan hər dəfə deyir ki, Azərbaycanla de-fakto sülh əldə edildikdən sonra Ermənistan itki verməyib, tərəflər arasında atışma yoxdur. Bu, Ermənistan tərəfdən baxanda belədir. Amma Azərbaycanın sonuncu itkisi elə bu yaxınlarda oldu, tank əleyhinə mina ANAMA əməkdaşının həyatına son qoydu! Mina təmizləyənlərimiz də canından keçirlər. Yüzlərlə adamın ocağına od düşüb bu səssiz müharibədə. Bəs bunun günahını kimin ayağına yazaq? Ermənistan heç bir halda yaxasını kənara çəkə bilməz! De-fakto sülh var, amma həm də de-fakto müharibə davam edir. Minaları Azərbaycan torpaqlarında UNO-lar basdırmayıb ki, erməni işğalçıları basdırıblar. Qarabağda tərk-silah edilib, Laçın yolu ilə Gorusa keçməsinə imkan yaradılan hərbçilərin bir çoxu həmin minaların basdırıldığı koordinatlardan xəbərdardır. Lap mina xəritələri işə yaramırsa, iddia olunduğu kimi, şahidlər var, Paşinyan onlardan bir heyət yollasın, Azərbaycan minaaxtaranları ilə birgə yer altındakı bu dəhşətli təhlükənin üzə çıxarılması prosesində onlar da iştirak etsinlər! Əgər Ermənistan sülh istəyirsə...Yox, bütün bunlar bir oyundursa, o halda gec-tez cavablarını alacaqlar! Eynilər Balasanyan, Ohanyan və digərləri xüsusilə də Birinci Qarabağ müharibəsində əsir və girov götürülmüş azərbaycanlıların əksəriyyətinin harada, hansı şəraitdə qətlə yetirildiyindən, harada kütləvi şəkildə basdırıldığından xəbərdardır, buna şübhəmiz yoxdur. Elə isə Paşinyan hakimiyyəti sülh prosesinin irəli aparılması naminə onların azərbaycanlı ekspert, yaxud mütəxəssislərin də iştirakı ilə dindirilməsinə şərait yaratmalıdır! “Biz Azərbaycanla sülhü imzalamağa hazırıq”, yaxud “Türkiyə ilə sərhədlərin açılmasını gözləyirik”, deməklə iş bitmir, görüləsi işlər var. Azərbaycan öz tərəfindən zəruri addımları atır, Ermənistanı yanacaqla, taxılla təmin edir, bütün olub-keçənlərə rəğmən. Amma görək Ermənistan adekvat davranırmı? Qətiyyən.

Belçika və Niderland parlamentləri Azərbaycan əleyhinə sarsaq qətnamələr qəbul edəndən bir az sonra Avropa Parlamenti də ölkəmizi növbəti dəfə hədəfə aldı. Təkcə 2021-ci ildən bu günədək Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamələrin sayı 13-dür! Təsəvvür edin, Ermənistanın bu qədər cinayətlərinə səssiz qalan qurum zərərçəkən, müharibə cinayətləri ilə üzləşən ölkəmizi davamlı şəkildə hədəfə almaqdadır. Özü də Ermənistanda “demokratiyanın dayanıqlığı”na həsr olunmuş qətnaməyə pərçim ediblər ölkəmizə qarşı qarayaxmaları. Ermənistanda demokratiya var imiş. Bəs ordakı kütləvi həbslər, müxalifətçilərin mələr qoyulması, daha nələr?..

Azərbaycana qarşı sərsəm iddiaların içərisində guya erməni əhalinin Qarabağdan qovulması, guya erməni mədəni irsinin dağıdılması, guya Bakıdakı “əsirlər”lə bağlı məsələlər yer alır. Bilirlər ki, ermənilər Qarabağdan özləri köçüb gedib. Çünki Azərbaycanın reinteqrasiya proqramını elan etməsinə, ermənilərə davamlı müraciətlərinə baxmayaraq, onların yığışıb getməsini elə Avropadakı dairələr təşkil etmişdilər. Məqsəd “erməni kartı”ndan tarix boyunca Azərbaycana qarşı istifadə etməkdir. Necə ki, Osmanlıya – Türkiyəyə qarşı bir əsrdən artıqdır saxta “soyqırımı” iddiasını davam etdirirlər, Ankaraya qarşı bu kartı vaxtaşırı işə salıb, onun Avropaya girişini  bloklayırlar. Cənubi Qafqazın lider dövləti Azərbaycanı da “erməni köçü” ilə daim təhdid altında saxlamaq planı cızılıb. Qərbi Azərbaycandan – Ermənistandan deportasiya edilən, ayaqyalın, başıaçıq yola salınan 300 min nəfərimizi yada salmırlar...Qərbi Azərbaycanda dağıdılan qəbiristanlıqları, tarixi abidələri, talanan mədəni sərvətlərimizi görməzdən gəlirlər, Qarabağdakı vandalizm aktları da üstəlik...4 min azərbaycanlının taleyi bunlar üçün maraqsızdır, onları düşündürən Bakıdakı 19 separatçıdır. Vaxtilə Azərbaycana təzyiq edirdilər ki, Qarabağdan imtina etsin. İndi də başqa ssenariləri işə salıblar. Anlamırlar ki, qalib, güclü Azərbaycanla bu ritorikanın mənası yoxdur. Necə ki, Azərbaycan parlamenti qapını çöldən üzlərinə çırpdı, Azərbaycan XİN sərrast cavablarını verdi, Prezidentin köməkçisi Hikmət Hacıyev diplomatik yolla bu rüsvayçı parlamentarların dərslərini verdi. Daha çox üstümüzə gələcəklərsə, artıqlaması ilə cavablarını alacaqlar. Qoy danışsınlar, özlərini daha artıq biabır etsinlər.  

Əslində bu əbləhlərə yazının əvvəlində haqqında bəhs etdiyim bircə foto cavab üçün kifayət edərdi, əgər vicdanları oyansaydı...Amma belə fotolardan, videokadrlardan o qədər var ki...Bağanis Ayrımdan başlamış Xocalıya...qədər...

Elşad Paşasoy

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2026 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri