Icma.az
close
up
RU
Ebrar Karakurt: Meydanda emosional və bir az kobud görünsəm də, əslində çox həssas biriyəm MÜSAHİBƏ

Ebrar Karakurt: Meydanda emosional və bir az kobud görünsəm də, əslində çox həssas biriyəm MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2023-cü ildən Kalininqrad "Lokomotiv"ində çıxış edən tanınmış türkiyəli voleybolçu Ebrar Karakurtun Rusiyanın “chempionat.com” saytına müsahibəsi

İdman.biz xəbər verir ki, iki gözəl mövsümdən sonra müasir dövrün ən parlaq voleybolçularından biri olan Ebrar Karakurt Rusiyadan ayrılır.

Rusiya çempionatına qasırğa kimi daxil olan türkiyəli diaqonal oyunçusu təkcə fantastik çıxışı ilə deyil, həm də emosiyalar seli ilə hamının qəlbini fəth edib.

Ebrar ardıcıl iki mövsüm liqanın ən məhsuldar oyunçusu olub. Ölkə çempionatı və kubokundakı qələbələr isə türkiyəli oyunçunun Rusiyadakı çıxışına gözəl bir yekun vurub.

– Ebrar, “Lokomotiv” həm Rusiya çempionu, həm də kubokun qalibi oldu. Üstəlik, sən ölkə kubokunun MVP-si seçildin. Rusiya Superliqası ilə vidalaşmaq üçün bundan yaxşı üsul tapmaq olmazdı.

– Tamamilə razıyam! Mövsümü iki titul və MVP adı ilə başa vurmaq – vidalaşmaq üçün ideal nəticələrdir. “Lokomotiv”də keçirdiyim hər saniyə mənim üçün çox şey ifadə edir. Bu fəsli belə uğurla bitirmək məmnunluq hissi verir. Bu mövsüm göstərdi ki, əgər birlikdə bir yumruq ola bilsək və sona qədər mübarizə aparsaq, nələrə qadir ola bilərik.

– Ebi, finalda göz yaşların hər kəs üçün sürpriz oldu. Hamı səni güclü, bəzən hətta sərt biri kimi tanıyır. Amma bu dəfə tamam fərqli emosiyalar gördük. Belə hallar tez-tez olur?

– İnsanlar məni meydanda emosional və bəzən bir az kobud kimi görürlər, amma əslində çox həssas biriyəm. Keçən il çempionluğa çox yaxın idik, amma bacarmadıq. Bu il isə finalda yenidən geri düşdükdən sonra, açığı, çox az adam inanırdı ki, biz geridönüş edə bilərik. Amma biz bacardıq. Komanda olaraq inanılmaz bir oyun göstərdik və mümkünsüzü reallaşdırdıq. Nəhayət, qalib gələndə, düzünü desəm, özüm də inanmırdım. O anda emosiyalar üstün gəldi – və mən sadəcə ağladım. Bu mənim üçün həqiqətən önəmli bir an idi.

– Ebi, fərdi göstəricilərə baxsaq, sən ikinci ildir ki, ən çox xal toplayan oyunçu olursan. Keçən mövsüm 794 xal, bu mövsüm isə yeni rekord – 849 xal. Bu səviyyəni necə qoruyursan? Sirlərini bizə də açıqla.

– Heç bir gizli formul yoxdur (gülümsəyir). Sadəcə çox çalışmaq və sabitlik lazımdır. Hər oyuna tam hazır olmağa çalışıram və bütün diqqətimi buna cəmləyirəm. Rəqibin kim olması mənim üçün fərq etmir. Öz imkanlarımın hüdudlarını aşmağa və komanda üçün əlimdən gələn hər şeyi etməyə köklənirəm.

– Rusiyada keçirdiyin iki il barədə nə deyə bilərsən? Hansı parlaq anları qeyd edərdin?

– Birinci il adaptasiya oldu – yeni mədəniyyət, dil, mühit. İkinci il isə sıçrayış ili oldu. Həm idmançı, həm də insan kimi çox böyüdüm. Rusiya mənə dözümlülük öyrətdi və unudulmaz xatirələr bəxş etdi.

– Bir müsahibəndə demişdin ki, iki əsas məqsədin var – Rusiya çempionluğunu və Olimpiadanın qızıl medalını qazanmaq. Birinci artıq reallaşıb. Bəs ikinci barədə nə deyə bilərsən? Bəlkə başqa hədəflərin də var?

– Biz 2024-cü il Olimpiya Oyunlarında əlimizdən gələni etdik, amma dördüncü olduq. Bu bizim üçün faciə idi. Amma əminəm ki, hələ uzun yolun başlanğıcındayıq. Növbəti Olimpiadaya yalnız bir məqsədlə gedəcəyik – qızıl medalları qazanmaq. Bu, milli komanda səviyyəsində ən böyük arzumdur – qeyd-şərtsiz.

Klub səviyyəsində isə “Lokomotiv”lə çempionluq mənim üçün çox önəmli idi. Bunu çox istəyirdim. Komandaya borclu olduğumu hiss edirdim. Aramızda güclü emosional bağ var - və qürur duyuram ki, bunu bacardıq. İndi isə qitə səviyyəsində titul qazanmaq istəyirəm. Çempionlar Liqasının qalibi olmağı arzulayıram. Dünya çempionu titulunu qazanmaq istəyirəm. Arzularımın sərhədi yoxdur və daha çox uğura imza atmağa davam etmək istəyirəm. Arzularım içimdəki həyat eşqini və coşğunu qoruyur.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:163
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 15 May 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri