EBRD: COP29da bərpa olunan enerji üzrə ilk hərracın nəticələrini elan edə bilər
Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) tərəfindən dəstəklənən COP29-da bərpa olunan enerji üzrə ilk hərracın nəticələrini elan edə bilər.
APA xəbər verir ki, bunu AYİB-in Rusiya, Qafqaz və Mərkəzi Asiya üzrə Enerji və Təbii Ehtiyatlar Departamentinin direktoru Aida Sitdikova COP29 çərçivəsində Mərkəzi Asiya üçün Enerji Keçidinə dair İnvestisiya Forumunda deyib.
O bildirib ki, AYİB 14 ölkədə bərpa olunan enerji mənbələri üzrə hərraclar hazırlayır.
"Mən məmnuniyyətlə bildirmək istəyirəm ki, onlardan ən azı üçü Mərkəzi Asiya və Azərbaycandadır. Bunlar Özbəkistan, Qazaxıstan və Azərbaycandır. Azərbaycan AYİB tərəfindən dəstəklənən ilk hərracın nəticələri COP29-da açıqlanacaq”- Aida Sitdikova əlavə edib.
Baxış sayı:102
Bu xəbər 15 Noyabr 2024 11:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















