Icma.az
close
up
RU
EBRD Neftçalada günəş elektrik stansiyasının tikintisi üçün kredit ayırıb

EBRD Neftçalada günəş elektrik stansiyasının tikintisi üçün kredit ayırıb

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın şərqində Neftçala rayonunda 315 MVt gücündə “Banka Solar” günəş fotoelektrik stansiyasının layihələndirilməsi, tikintisi və istismarı üçün 66 milyon ABŞ dolları həcmində uzunmüddətli kreditin ayrılmasını təsdiqləyib.

Demokrat.az “Report”-a istinadən xəbər verir ki, layihənin ümumi dəyəri 283 milyon ABŞ dolları təşkil edir və onun həyata keçirilməsini bir sıra digər beynəlxalq maliyyə institutları da dəstəkləyəcək.

Layihəni “Masdar” şirkətinin (BƏƏ) törəmə strukturu olan “Abu Dhabi Future Energy Company” həyata keçirəcək.

Layihə Azərbaycanın enerji sisteminə 315 MVt günəş enerjisi əlavə edəcək ki, bu da təbii qazla işləyən elektrik stansiyalarını əvəz etməyə imkan verəcək və ölkənin Paris sazişi çərçivəsində bərpa olunan enerji məqsədlərinə çatmasına kömək edəcək. Layihənin ildə 314 min ton CO2 emissiyasını azaldacağı, Azərbaycanın aşağı karbonlu iqtisadiyyata keçidinə və istilik generasiyasından asılılığın azaldılmasına töhfə verəcəyi gözlənilir.

Layihə EBRD-nin yaşıl iqtisadiyyata keçid strategiyasına (GET) uyğundur, çünki günəş enerjisindən istifadə edərək elektrik enerjisi istehsalına töhfə verəcək ki, bu da ölkənin yaşıl gündəliyinin irəliləməsində mühüm addımdır.

Layihə Yenikənd, Bankə bələdiyyələrinə və Neftçala İcra Hakimiyyətinə məxsus ümumi sahəsi 973 hektar olan üç sahəni əhatə edir. Bu torpaqlar tədqiq etmək üçün Energetika Nazirliyinə veriləcək. Sahə 3,5 kilometrlik asfalt yolu və paralel 6 kV və 35 kV-luq elektrik xətləri olan düz yarımsəhra ərazisidir. Əvvəllər ərazinin bir hissəsi çoban və onun iki işçisi tərəfindən mal-qara otarılması üçün istifadə olunub, lakin icarə müqaviləsi 2023-cü ildə ləğv edilib və alternativ sahə təqdim edilib. Hazırda torpaq istifadə olunmur və mövsümi torpaq istifadəçiləri yoxdur. Sahədə həmçinin, yerli hakimiyyət orqanlarının fikrincə, dəyəri olmayan və ləğv ediləcək sovet hərbi obyektlərinin tərk edilmiş xarabalıqları var.

Məsləhətləşmələr göstərib ki, sahədən keçən yol Azərbaycan balıqçılıq təsərrüfatı üçün vacib marşrutdur və hər hansı məhdudiyyət və ya zədələnmə onun işini əhəmiyyətli dərəcədə poza bilər. Bu risklərin qarşısını almaq üçün Yol Hərəkəti və Nəqliyyatın İdarə Edilməsi Planı hazırlanacaq, mümkün qədər Bankə kəndindəki körpüdən istifadədən qaçınılacaq və sahədən keçən yol balıqçılıq təsərrüfatı üçün açıq qalacaq. Tikinti işləri onların fəaliyyətinə mane olmayacaq şəkildə təşkil ediləcək.

Hasarlanma zərurəti yaranarsa, alternativ marşrut təklif olunacaq. Həmçinin 6 kV-luq xəttin balıqçılıq təsərrüfatının işində minimal pozuntularla köçürülməsi nəzərdə tutulur.

“Elektrik xəttinin marşrutunun düzəldilməsi fiziki köçürülmənin qarşısını alacaq və adi həyat tərzinin pozulmasını minimuma endirəcək, qalan risklərin minimuma endirilməsi üçün isə Dünya Bankının standartlarına uyğun plan hazırlanacaq. Həmçinin EBRD-nin tələbi çərçivəsində layihədən təsirlənən şəxslərin dəstəklənməsi üçün Yaşayış Vasitələrinin Bərpası Planı hazırlanır”, – EBRD-nin məlumatında deyilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 11 Noyabr 2024 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri