EBRD nin Azərbaycandakı kredit portfeli 879 mln. avroya çatıb
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 2026-cı il sentyabrın 30-na 879 milyon avro təşkil edib.
"APA-Economics" xəbər verir ki, avqustun sonu ilə müqayisədə EBRD-nin Azərbaycandakı kredit portfeli 2 milyon avro və ya 0,23% artıb. Portfelin 40%-i özəl sektorun payına düşür. Hazırda bankın ölkədə 35 aktiv layihəsi mövcuddur.
Kredit portfelinin 787 milyon avrosu və ya 89%-i dayanıqlı infrastrukturun inkişafına, 64 milyon avrosu və ya 7%-i maliyyə institutlarına, 30 milyon avrosu və ya 3%-i isə korporativ sektora yönəlib.
Sentyabrın 30-na bankın Azərbaycandakı əməliyyat aktivləri 718 milyon avro təşkil edib. Bu, əvvəlki ayla müqayisədə 1 milyon avro və ya 0,14% azdır.
Ümumilikdə, EBRD indiyədək Azərbaycanda 202 layihəyə 3,771 milyard avro investisiya yatırıb.
Qeyd edək ki, bank 2025-ci ildə Azərbaycanda 10 layihəni ümumilikdə 81 milyon avro məbləğində maliyyələşdirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 21 Oktyabr 2026 10:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















