Icma.az
close
up
RU
Əbu Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

Əbu Dabi görüşü sülh müqaviləsi üçün mühüm hazırlıq oldu

Icma.az, Sia Az portalına istinadən məlumat yayır.

“İlk dəfə olaraq iki ölkə arasında birbaşa konkret və işgüzar danışıq baş tutub”

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş bir sıra mühüm məqamları ilə daha aktual xarakter alıb. İlk növbədə ona görə aktual görüş kimi qiymətləndirilməlidir ki, iki ölkə arasındakı sülh müqaviləsinin imzalanması üçün səmərəli müzakir aparılıb. Çünki bu görüşə qədər hər iki tərəf arasında sülh müqaviləsinin imzalanması üçün bir çox detallar işlənilib hazırlanıb. Demək bu görüş artıq həlledici qərar üçün hazırlıq məqsədi daşıyır. Xüsusi bu görüşün ənənəvi məkanlarda deyil, Birləşmiş Ərəb Əmirliklərində keçirilməsi də konkret qərarların qəbuluna olan ümidləri çoxaldır. Əlbəttdə bu görüşdən sonra sülh sazişinin imzalanması üçün hansı addımların atılacağı da önəmli məsələdir. Yəni prosesin hərəkətliliyi Əbu-Dabidə keçirilən görüşünün məhsuldarlığına qiymət vermək baxımından önəmlidir.”
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. M.Salahov eyni zamanda digər vaib bir məqama diqqət çəkib ki, hazırda Ermənistandakı Rusiyameylli revanşistlər, N.Paşinyana düşmən kəsilənlər bu görüşün ABŞ-ın təşkilatçılığı ilə keçirildiyi barədə fikirlər səsləndirir, qəbul ediləcək hansısa konkret qərar halında İrəvanda N.Paşinyanı vətən xaini elan etməyə hazırlaşırlar. M.Salahovun qənaətinə görə, bütün bu siyasi tullantıların revanşist cəhdləri bölgədəki real siyasi gerçəklik qarşısında fiaskoya məhkumdur. “Xüsusilə bu görüşə qədər Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyəyə etdiyi səfəri və Azərbaycanın Xankəndidəki ECO Zirvə görüşündə Türkiyə, Pakistan və İran kimi bölgə dövlətləri ilə aparılan danışıqları qeyd etmək istəyirəm. Yəni artıq İran da Zəngəzur dəhlizi barədə əvvəlki radikal etiraz tonunu saxlamayıb. O da bölgədəki siyasi gerçəklikləri anlamağa başlayıb.
Görüş barədə yekun məlumatda deyilir ki, “Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.Tərəflər, həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.” Bu məlumat aparılan danışıqların artıq işgüzar və konkret xarakter aldığını aydınca təsdiqləyir. Üstəlik N.Paşinyan da Azərbaycanla sülh müqaviləsi imzalamağa, hakimiyyətini gücləndirmək, qarşıdakı seçkilərə daha optimist şəkildə daxil olmağa və bölgədəki proseslərə inteqrasiya etməyə əvvəlki vaxtlardan daha istəkli görünür. Çünki İrəvandakı revanşistləri və daşnak yuvasına çevrilmiş kilsə keşişlərini zərərsizləşdirmək üçün əməli fəaliyyətə keçən hazırkı hakimiyyət başçısı həm də erməni xalqına apardığı siyasətin düzgünlüyünü çatdırmaq, Ermənistanı iqtisadi blokadadan çıxarıb ölkəsinin iqtisadi inkişafına start verməyə çalışır.
Bu sonuncu qeyd etdiklərim artıq Ermənistan daxilindəki siyasi mübarizənin əsas məqsədidir. Bu gün N.Paşinyan siyasi gerçəkliyə uyğun siyasət yürüdür, revanşistlər və kilsədəkilər isə bunun tam əksini edir və Ermənistanı iqtisadi blokadada boğub ənənəvi erməni xəstəliyinə çevrilmiş “böyük Ermənistan” faşizm təxəyyülü üçün çalışırlar. Məncə çox tezliklə Ermənistanın öz daxilində Azərbaycanla sülh müqaviləsi imzalamaq, kommunikasiyaları açmaq və Ermənistanı iqtisadi layihələrə birləşdirmək istəyənlər qələbə qazanacaqlar. Çünki gerçək siyasət bunu diktə edir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 İyul 2025 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yeni dərman zavodu açıldı

24 Noyabr 2025 09:43see307

Fahişəliklə məşğul olanlar 500 manat cərimə ediləcək KONKRET

24 Noyabr 2025 10:37see250

1 ay əvvəl ana olan aktrisa boşanır

24 Noyabr 2025 09:53see239

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see193

Facebook un zərərli sosial şəbəkə olduğu üzə çıxıb

24 Noyabr 2025 18:03see179

Slot: “Məsuliyyət məndədir”

24 Noyabr 2025 09:14see158

Əhməd Rəcəblidə partlayış oldu

24 Noyabr 2025 09:35see158

Masazırda yayılan kəskin qaz qoxusunun SƏBƏBİ açıqlandı RƏSMİ

24 Noyabr 2025 16:21see145

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see145

“Asan İmza” indi “Azercell” tətbiqində

24 Noyabr 2025 12:05see144

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see141

Dekabrda Prezident Administrasiyasının vətəndaş qəbulu CƏDVƏLİ

24 Noyabr 2025 18:33see141

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see140

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see138

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see136

İstəsəm, 20 yaşında qız alaram, yeməyim qaymaq, baldır

24 Noyabr 2025 15:53see134

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see131

“Bu axşam bunu etmək mümkün olmayacaq” Vitaliy Borisovun ə AÇIQLAMASI

24 Noyabr 2025 15:26see130

Hikmət Hacıyev: Çoxşaxəli əməkdaşlıq aparır KONKRET

24 Noyabr 2025 13:41see130

Azərbaycanda Peşəkar Mühasib Sertifikatı əldə edənlərin sayı 6,2 mini keçib

24 Noyabr 2025 15:52see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri