Icma.az
close
up
RU
Əbu Dabi görüşünün nəticələri Fransa hakimiyyətində şok effekti yaradıb Jalə Əliyeva

Əbu Dabi görüşünün nəticələri Fransa hakimiyyətində şok effekti yaradıb Jalə Əliyeva

Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Fransa parlamentində son günlərdə növbəti dəfə Azərbaycan əleyhinə atılan addım bir daha Fransanın qərəzli siyasətini ortaya qoyur. Fransa Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına mane olmaq, Qafqazda gərginlik yaratmaqla öz maraqlarını təmin etmək məqsədilə bu günə qədər bütün çirkin planlara əl atıb və Fransa Milli Assambleyasında irəli sürülən Avropa qətnaməsi təşəbbüsü də bir daha bu məkirli plandan xəbər verir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva Fransa parlamentinin Azərbaycan əleyhinə atdığı addımlardan danışarkən bildirdi.

"Bu günə qədər Azərbaycanla Ermənistan arasında keçirilən çox müxtəlif formatlı görüşlərdə Fransa artıq bir tərəf kimi, vasitəçi kimi iştirak etmək istəyindən, mümkünlüyündən məhrum olmuşdu. Onun irəli sürdüyü təşəbbüslər, təkliflər bu gün heç bir dəyəri olmayan Makronun hakimiyyəti ilə bərabər heçə endirilib.

Artıq son görüş, Azərbaycan və Ermənistan rəhbərliyinin Əbu-Dabi görüşünün nəticələri düşünürəm ki, Fransa hakimiyyətində bir şok effekti yaradıb. Görüşdən keçən müddət ərzində  Fransa normallaşmağa doğru gedən proseslərə zərbə vurmaq və öz təsirini göstərməyə çalışır. Srağagün Fransa Milli Assambleyasındakı sağ respublikaçılar qrupunun rəhbərliyi və Fransa-Ermənistan dostluq qrupunun sədri olan Loran Vokie, həmin dostluq qrupunun sədr müavini Aleksandr Martin birlikdə Ermənistanla strateji tərəfdaşlığı imzalamaqla onu Azərbaycanla sülh səylərində dəstəkləmək və Azərbaycanda saxlanılan "Artsax" siyasi məhbuslarının azad edilməsini tələb etmək məqsədini daşıyan Avropa qətnaməsi Fransa hakimiyyətinin anti-Azərbaycan mövqeyini və Bakıya qərəzli, düşmən münasibətini bir daha çox açıq şəkildə ortaya qoyur".

Millət vəkili əlavə etdi ki, birmənalı olaraq Fransa, Fransa Milli Assambleyası və onların əlində alət olanlar birdəfəlik olaraq anlamalıdırlar ki, bu kimi qətnamələr, bəyanatlar heç bir şəkildə Azərbaycanın haqlı mövqeyini dəyişə bilməz.

"Onlar Azərbaycanı öz yolundan, tutduğu doğru yoldan heç bir şəkildə döndərə bilməz və bütün açıqlamaları, bütün bəyanatları, bütün təşəbbüsləri kimi, bu qərəzli təşəbbüsləri də növbəti dəfə fiaskoya uğrayacaqdır", - deyə Jalə Əliyeva vurğuladı.

Xədicə BAXIŞLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 İyul 2025 17:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri