Icma.az
close
up
RU
Əbülfəz Elçibəy və Heydər Əliyev 32 il əvvəl Türqut Özalın dəfnində

Əbülfəz Elçibəy və Heydər Əliyev 32 il əvvəl Türqut Özalın dəfnində

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

Əbülfəz Elçibəy və Heydər Əliyev 32 il əvvəl Türqut Özalın dəfnində

Azərbaycan sabiq prezidenti mərhum Əbülfəz Elçibəy və Naxçıvan Ali Sovetinin sədri mərhum Heydər Əliyev 32 il əvvəl Türkiyə prezidenti Türqut Özalın dəfnində iştirak edib. 

AzPost bununla bağlı görüntüləri oxucularına təqdim edir. İzdihamlı dəfn mərasimi 21 aprel 1993-cü ildə keçirilib.

Kadrlarda prezident Əbülfəz Elçibəy və Heydər Əliyev o zaman Türkiyənin Baş naziri olmuş Süleyman Dəmirəlin müşayiəti ilə dəfn törənində görünür.

Turqut Özal Türkiyənin 45-ci və 46-cı dövr hökumətlərinin baş naziri (1983–1989) və 8-ci prezidenti (1989–1993) olub. Baş nazir vəzifəsində ikən bir çox dövlət müəssisələrinin özəlləşdirilməsi ilə Türkiyə iqtisadiyyatının transformasiyasında böyük rol oynayıb.

Turqut Özal 17 aprel 1993-cü ildə 5 ölkəni əhatə edən 12 günlük səyahətindən sonra vəfat edib. Həmin səyahət zamanı o Azərbaycanda və Orta Asiyada dövlət başçıları ilə görüşüb.

Özalın dəfn mərasiminə Türkiyənin dörd bir yanından yüzminlərlə adam axın edib.

Dəfn mərasimində görüntülərdə İsrailin baş naziri Şimon Peres, Qazaxıstanın prezidenti Nursultan Nazarbayevi, Gürcüstan prezidenti Şverdnadzeni, Ermənistan Ali Sovetinin sədri Ter-Petrosyanı və digər dövlət və hökümət başçılarını görmək olur.

O zamankı ABŞ Prezidenti, Turqut Özalın yaxın dostu olan Corc Buş gözlənilənin əksinə olaraq dəfn mərasimində iştirak etməyib. Türqut Özal vəsiyyətinə əsasənsabiq Baş nazir Adnan Menderesin də qəbrinin yerləşdiyi Topqapıda dəfn edilib.

Özalın sui-qəsd nəticəsində ölmə ehtimalı illərdir müzakirə edilir. Turqut Özalın içkisinə qatılan zəhərlə öldürüldüyünü iddia edən həyat yoldaşı Səmra Özal sübut olaraq saç nümunəsinin ABŞ-də yoxlatdırdığını bildirir. 2 oktyabr 2012-ci il tarixində Türkiyənin mərhum prezidenti Turqut Özalın qəbri 19 ildən sonra açılıb. Aparılan araşdırmalar nəticəsində bədəndə zəhərin tapılıb. Lakin Özalın zəhərdənmi, yoxsa başqa səbəbdənmi öldüyünün müəyyən olunmayıb.

“TikTok”da izləyin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:206
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Fevral 2025 19:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see516

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see384

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see289

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see284

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see277

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see277

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see269

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see248

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see247

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see246

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see243

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see230

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see222

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see217

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see217

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see196

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see188

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see181

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see175

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri