“Əbülfəzl Zohrevandın Azərbaycana qarşı təhdidli bəyanatını rədd edirik”
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İran parlamentinin üzvü Əbülfəzl Zohrevandın Azərbaycana qarşı böhtan və təhdid ehtiva edən bəyanatını rədd edirik və sərt şəkildə qınayırıq.
“Qafqazinfo” Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı, Milli Məclisin Müdafiə və Təhlükəsizlik Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Qaya Məmmədov deyib.
“Zohrevandın bəyanatı dünyada kifayət qədər mürəkkəb proseslərin cərəyan etdiyi bir dövrdə Azərbaycan və İran hökumətlərinin regionda sabitliyi və ikitərəfli münasibətləri qarşılıqlı anlaşma şəraitində saxlamaq səylərinə qarşı yönəlmiş təxribatdır. Biz İran hökumətini və parlamentini Zohrevandın təxribatçı açıqlamasını pisləməyə və ona qarşı digər müvafiq tədbirlər görməyə çağırırıq”, - deputat əlavə edib.
Xatırladaq ki, İran parlamentinin üzvü Azərbaycanı təhdid edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:185
Bu xəbər 09 İyun 2026 23:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















