Icma.az
close
up
RU
Əcnəbi ilə evlənmək: irsi xəstəliklərin sonumu, milli dəyərlərin itkisimi?

Əcnəbi ilə evlənmək: irsi xəstəliklərin sonumu, milli dəyərlərin itkisimi?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Son illərdə Azərbaycanda maraqlı və mübahisəli bir tendensiya müşahidə olunur. Belə ki, azərbaycanlı qadın və kişilərin əcnəbilərlə ailə qurması halları nəzərəçarpacaq dərəcədə artıb. Bu fakt cəmiyyətin müxtəlif təbəqələrində fərqli reaksiyalar doğurur: bəziləri bunu sosial-mədəni açılım və qloballaşmanın təbii nəticəsi kimi dəyərləndirir, digərləri isə milli-mənəvi dəyərlərə, ailə institutuna və hətta genefonda potensial təhlükə kimi baxır.

Sosioloqların fikrincə, bu prosesin miqyası artmağa davam edərsə, uzunmüddətli perspektivdə Azərbaycan cəmiyyətinin demoqrafik və genetik strukturunda müəyyən dəyişikliklər baş verə bilər. Onların sözlərinə görə, artıq bəzi ailələrdə mədəniyyət, dil və tərbiyə fərqləri ciddi problemlər yaradır. Belə nikahların sayının çoxalması bir tərəfdən, fərqli xalqlar arasında əlaqələri gücləndirsə də, digər tərəfdən milli kimliyin qorunması məsələsini aktuallaşdırır.

Sosioloqlar hesab edirlər ki, yaxın illərdə bu meyl daha da güclənərsə, azərbaycanlı gənclər özlərinə uyğun partnyor tapmaqda çətinlik çəkə bilərlər. Xüsusilə də kənd və kiçik şəhər yerlərində yaşayan gənclərin evlilik imkanları məhdudlaşa bilər. Bu isə psixoloji gərginlik, ailə institutuna inamsızlıq və sosial təcrid kimi problemlərin artmasına səbəb ola bilər.

Lakin məsələyə fərqli baxış bucağından yanaşanlar da az deyil. Onların fikrincə, əcnəbilərlə evlilik heç də genefondu zəiflətmir, əksinə, onu daha da zənginləşdirir. Bioloqlar və genetiklər bu cür nikahların genetik müxtəlifliyi artırdığını, nəticədə irsi xəstəliklərin azalmasına və sağlam nəsillərin formalaşmasına şərait yaratdığını vurğulayırlar. Qan qohumluğu və genetik yaxınlıqdan yaranan irsi problemlər baxımından, müxtəlif genetik fondan gələn insanların ailə qurması orqanizmin adaptasiya qabiliyyətini yüksəldir və immun sistemini gücləndirir.

Mövzu ilə bağlı Bakı Ağrı Klinikasının baş həkimi, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov Musavat.com-a danışıb. Baş həkim də qeyd edib ki, son illər Azərbaycanda azərbaycanlı gənclərin əcnəbilərlə evlənməsi tendensiyası aydın şəkildə hiss olunur: "Əslində, bu proses yeni deyil, onun kökləri müstəqillik dövrünün başlanğıcına qədər uzanır. Azərbaycan müstəqillik əldə etdikdən sonra dünyaya açıldı, beynəlxalq əlaqələr genişləndi, gənclər daha çox xaricdə təhsil almağa, işləməyə və yaşamağa başladılar. İlk belə nikahlar əsasən qardaş Türkiyə Respublikasından olan şəxslərlə qurulurdu. Daha sonra isə bu proses sərhədləri aşaraq Avropa, Asiya və digər ölkələrdən olan insanlarla ailə bağlarına çevrildi.

Bu tendensiyanın formalaşmasının bir çox sosial və iqtisadi səbəbi var. Əvvəla, dünyanın “kiçilməsi”, yəni qloballaşmanın, texnologiyanın və kommunikasiya vasitələrinin inkişafı insanların bir-birinə daha yaxınlaşmasına səbəb olub. Xaricdə təhsil alan, beynəlxalq şirkətlərdə çalışan, müxtəlif ölkələrdə yaşayan azərbaycanlı gənclərin ünsiyyət dairəsi təbii olaraq genişlənib. Nəticədə müxtəlif millətlərdən olan insanlar arasında emosional yaxınlıq, dostluq və bir sıra hallarda ailə qurmaq istəyi yaranır".

Zülfüqar Yusifovun fikrincə, bu prosesin qarşısını almaq çətindir:

"Bəlkə də heç almaq da lazım deyil. Çünki bu, yalnız Azərbaycanda deyil, demək olar ki, dünyanın bütün inkişaf etmiş ölkələrində müşahidə olunan təbii bir haldır. Cəmiyyətlər bir-birinə inteqrasiya etdikcə, mədəni sərhədlər yumşalır və millətlərarası evliliklər çoxalır. Əslində, bu, həm turizmin, həm də beynəlxalq əməkdaşlığın artmasının bir nəticəsidir. Məsələn, daha turistik və açıq iqtisadiyyata malik ölkələrdə əcnəbilərlə evlilik faizi də daha yüksəkdir.

Bununla belə, məsələnin digər tərəfi də var. Dini, mental və mədəni baxış bucağından bu cür nikahlara münasibət fərqli olur. Ənənəvi düşüncə tərzinə malik insanlar hesab edirlər ki, əcnəbilərlə evlilik milli kimlik, dil və dəyərlərin qorunması baxımından risk yaradır. Digər tərəfdən isə dünyəvi və elmi baxışa sahib olanlar bildirirlər ki, genetik baxımdan uzaq nikahlar sağlam nəsillərin yaranmasına kömək edir. Genetik müxtəliflik irsi xəstəliklərin azalmasına, orqanizmin daha dayanıqlı olmasına şərait yaradır. Əslində, tarix boyu müharibələr, imperiyalar və miqrasiyalar nəticəsində xalqlar arasında genetik qarışıqlar daim baş verib. Bugünkü fərq ondadır ki, bu proses indi daha sivil, könüllü və qarşılıqlı seçim əsasında həyata keçir".

Zülfüqar Yusifov hesab edir ki, əgər belə nikahlar sevgi, hörmət və qarşılıqlı anlaşma üzərində qurulursa, bu, nə təkcə fərdlər, nə də cəmiyyət üçün təhlükə sayılmamalıdır:

"Əksinə bu, fərqli mədəniyyətlərin bir araya gəlməsi, tolerantlığın və qarşılıqlı öyrənmənin nümunəsidir.

Təbii ki, daha ürəkaçan olardı ki, gənclərimiz öz həmvətənləri ilə ailə qursunlar, vətəndə yaşasınlar, yaxınlarının yanında olsunlar və cəmiyyətin inkişafına birbaşa töhfə versinlər. Lakin reallıq göstərir ki, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar da milli maraqlar baxımından böyük rol oynayırlar. Onlar diaspor fəaliyyətində iştirak edir, Azərbaycanı təmsil edir, mədəniyyətimizi tanıdır və beynəlxalq müstəvidə ölkəmiz haqqında müsbət imic formalaşdırırlar.

Nəticə olaraq, əcnəbilərlə evliliklərə yalnız emosional və stereotipik prizmadan deyil, həm də sosial, genetik və mədəni reallıqlar baxımından yanaşmaq lazımdır. Əgər bu proses düzgün istiqamətdə idarə olunarsa, o zaman milli kimliyimizi qorumaqla yanaşı, daha açıq, tolerant və dünyaya inteqrasiya edən bir cəmiyyət formalaşdıra bilərik".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://moderator.az
archiveBu xəbər 25 Oktyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri