Icma.az
close
up
RU
Əcnəbi jurnalistlərin Misli premyer liqasına marağı artır!

Əcnəbi jurnalistlərin Misli premyer liqasına marağı artır!

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Daha əvvəl Misli premyer-liqasının 11-ci turunun “Qarabağ” – “Neftçi” matçında (2:0) Şimali Kiprdən olan jurnalistlərlə rastlaşdığımızı yazmışdıq.

“Qarabağ”ın, demək olar ki, bütün avrokubok matçlarında başqa ölkələri təmsil edən media nümayəndələri iş başında olur. “Köhlən atlar” xüsusən ÇL-in liqa mərhələsi çərçivəsində keçirdiyi görüşlərdə qardaş Türkiyədən olan həmkarlarımızdan böyük dəstək görür.
İş ondadı ki, oxşar mənzərəyə “Qarabağ”ın “Sumqayıt”la oyununda da şahidlik etdik. “Mehdi Hüseynzadə”nin media sektorunda bizlə yanaşı, Rusiya və Yaponiyadan olan media nümayəndələri də əyləşmişdi. Onlar matçı maraqla izləyir, hadisələrin axarını çalışdıqları media qurumlarında işıqlandırmağa çalışırdılar.
Heç şübhəsiz, ölkə çempionatına marağın belə artmasının başlıca səbəbi “Qarabağ”ın bu mövsüm Çempionlar Liqasında qazandığı fantastik nəticələrdi.
Bəs, əcnəbi media nümayəndələrinin premyer-liqa matçlarında iştirakı hansı qaydalarla tənzimlənir? Onların fəaliyyətinin şəffaflığına nəzarət etmək məqsədilə hansısa mexanizmdən istifadə olunurmu?
Bu suallarla Peşəkar Futbol Liqasının Media və Marketinq Departamentinin rəhbəri Sənan Abdullayevə müraciət etdik:

“Əlbəttə, çempionatımıza marağın artması “Qarabağ”ın Çempionlar Liqasındakı uğurlu çıxışıyla bağlıdı. Əsasən Ağdam təmsilçisinin avrokubok oyunlarında iştirak edən media nümayəndələri çempionat matçlarında da stadionda olmaq istədiyini bildirir. Təbii ki, belə istəklərə dərhal müsbət cavab vermirik. Əvvəlcə klub tərəfindən oyunda əcnəbi media nümayəndələrinin də olacağı haqda PFL-ə məlumat verilir. Biz həmin jurnalistlərin fəaliyyətini, hansı media qurumlarında çalışdıqlarını araşdırandan sonra qarşı tərəfə müvafiq cavab veririk. İndiyə qədər Misir və Tunisdə çalışan jurnalistlər də çempionat oyunlarında iştirak etmək istədiklərini bildiriblər. Əlbəttə, həmin şəxslər və ya çalışdıqları media qurumları güvəniləcək səviyyədə deyilsə, razılıq vermirik. FİFA və Beynəlxalq İdman Jurnalistləri Assossiasiyasından da bu yöndə müraciətlər almışıq. Onu deyim ki, belə icazələr uzunmüddətli yox, bir matç üçün olur. Daha sonra həmin jurnalistlərlə bağlı matçın AFFA nümayəndəsinə xəbər veririk. Onlar PFL əməkdaşlarının nəzarəti altında fəaliyyət göstərir”.

Sənan bəy əcnəbi media nümayəndələriylə bağlı daha bir məqamı bölüşdü:

“Qarabağ” – “Neftçi” matçına gələn, Şimali Kiprdən olan jurnalistlər yalnız oyunla bağlı işlər görəcəkdi. Ancaq matçın “Zəfər turu” çərçivəsində keçirilməsi onlarda xüsusi maraq doğurdu. Belədə hər biri stadiona gələn şəhid övladlarından müsahibə aldı, süjet çəkdi, reportaj hazırladı. Halbuki ilkin məqsəd həm də “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovdan müsahibə almaq idi. Onu da deyim ki, “Sumqayıt” – “Qarabağ” oyununda Türkiyənin TRT telekanalının əməkdaşları da var idi. Bəli, belə hallar əsasən “Qarabağ”la bağlı olur. Lakin “Sabah”la bağlı hadisəni də xatırlayıram. Belə ki, Qazaxıstandan olan jurnalistlər mövsümün əvvəlində qapıçı Stas Pokatilovdan müsahibə almaq, oyunlarının videounu çəkmək məqsədilə ölkəmizə gəlmişdi. Ümumiyyətlə, belə hallar bizim nəzarətimizdə olur”.

KƏNAN BAHADIR
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 28 Noyabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see170

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see149

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see146

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see134

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri