Əcnəbi turistlər işğaldan azad olunan rayonlarda 545 gecə qalıblar
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu ilin may ayı ərzində Azərbaycana səfər edən əcnəbi turistlər işğaldan azad olunan rayonlarda 545 gecə keçiriblər.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, əcnəbi turistlər ən çox Şuşa şəhərində gecələyiblər. Belə ki, may ayında əcnəbi turistlər Şuşada 459 gecə keçiriblər.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə əcnəbi turistlər Şuşada 705 gecə qalıblar. Şuşaya səfər edən əcnəbilər yalnız otellərdə qalıblar. Şuşadan başqa, işğaldan azad olunmuş digər rayonlardan yalnız Laçın və Zəngilan rayonlarında gecələmə olub. May ayında əcnəbi turistlər Zəngilanda 69, Laçında isə 17 gecə qalıblar.
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Xocavənd, Xocalı, Ağdərə rayonlarında və Xankəndi şəhərində əcnəbi turistlər bir gecə belə qalmayıblar.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Əcnəbi turistlər bu il Şuşada neçə gecə qalıblar? Siyahı
04 Avqust 2026 16:18
Əcnəbi turistlər Azərbaycanda ən çox nədən narazı qalıblar? Siyahı
21 Dekabr 2024 17:11
Əcnəbi turistlər Azərbaycanda ən çox taksilərdən narazı qalıblar Siyahı
03 Noyabr 2026 14:59
Əcnəbi turistlər ən çox bu rayonlardakı otellərdə qalıblar Tam siyahı
26 Dekabr 2024 12:24
Qəbələdə əcnəbi turistlər qəzaya düşüb
05 Avqust 2025 11:48
Baxış sayı:117
Bu xəbər 03 İyul 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















