Əcnəbilər və vətəndaşlığı olmayanların nəzərinə!
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər artıq Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin (viza müddəti, vizasız qaydada ölkəyə gəldikdə isə 90 və ya 30 gün) uzadılması üçün elektron qaydada müraciət edə biləcəklər.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov sosial şəbəkə hesabında yazıb.
Onun sözlərinə görə, yeni qaydalara əsasən, müvəqqəti olma müddətinin uzadılması barədə qərar artıq kağız daşıyıcıda deyil, elektron sənəd şəklində təqdim olunacaq: “Qərar dövlət rüsumu ödənildikdən sonra müraciət edənin myGov portalındakı elektron kabinetinə yerləşdiriləcək, eyni zamanda onun elektron poçt ünvanına göndəriləcək. Bununla yanaşı, xidmətdən fiziki müraciət yolu ilə istifadə etmək imkanı da saxlanılır.
Əvvəllər kağız daşıyıcıda verilmiş qərarlar üzərində göstərilən müddətin sonunadək hüquqi qüvvəsini saxlayacaq”.
V.Hüseynov bildirib ki, müvəqqəti olma müddəti aşağıdakı hallarda uzadıla bilər:
- Təcili müalicəyə ehtiyac yarandıqda;
- Azərbaycanda yaşayan yaxın qohum ağır xəstələndikdə və ya vəfat etdikdə;
- Valideyninin, həyat yoldaşının, övladının, qardaşının və ya bacısının müvəqqəti olma müddəti uzadıldıqda;
- Xidməti zərurətlə ölkəyə gəlmiş əcnəbinin işlərinin başa çatdırılmaması ilə bağlı onu dəvət edən təşkilat əsaslandırılmış vəsatət təqdim etdikdə;
- Tranzit keçid zamanı məcburi dayanma hallarında.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 28 İyul 2026 17:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















