Əcnəbilərə hökm oxundu FOTO
Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.
Bu ilin yayında Bakıdakı Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən üç Səudiyyə Ərəbistanı vətəndaşının məhkəmə araşdırması başa çatıb.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Hökmə əsasən, təqsirləndirilən əcnəbilər qəbir üzərində təhqiredici hərəkət etməkdə təqsirli biliniblər. Səudiyyə Ərəbistanı vətəndaşları - Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad və Alzaman Mahdi hər biri ayrı-ayrılıqda 2 il müddətinə azadlıqdan məhrum edilib.
Hökmdə qeyd edilir ki, onlar cəzalarını bitirən kimi ölkədən çıxarılmalıdırlar.
Xatırladaq ki, hadisə bir neçə ay əvvəl baş verib. Polisin keçirdiyi əməliyyatla onlar Səbail rayonunun Salyan şosesində yerləşən “Panarama” hoteldə tutulublar.
Məhkəmədə hər biri törətdikləri əmələ görə Azərbaycan xalqından üzr istəyiblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 24 Dekabr 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















