Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir
Icma.az, Report.az portalına istinadən məlumat verir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərara dəyişiklik edilir.
“Report” xəbər verir ki, bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan bir sıra qanunlar və məcəllərlərdə əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərarda göstərilən məlumatlar Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər.
Bu qərarda göstərilən məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən təqdim edilməsi həmin qərarın təqdim edilməsinə bərabər tutulur.

Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir
09 Dekabr 2024 15:07
525ci qəzet Əcnəbilərin Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması ilə bağlı qərar dəyişir
09 Dekabr 2024 13:58
Azərbaycanda müvəqqəti olma müddətinin uzadılması haqqında qərara dəyişiklik edilir
09 Dekabr 2024 13:54
Azərbaycanda çalışan əcnəbilərin nəzərinə
29 Dekabr 2024 10:25

