Icma.az
close
up
RU
ECO nun 17 ci Zirvə görüşü: Azərbaycan yeni siyasi gündəm formalaşdırır

ECO nun 17 ci Zirvə görüşü: Azərbaycan yeni siyasi gündəm formalaşdırır

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü mühüm əhəmiyyətə malikdir. Ölkə başçısı Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası olduğunu vurğulayıb.
Bildirək ki, Zirvə görüşündə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, Tacikistan Prezidenti Emoməli Rəhmon, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Əfqanıstan Baş nazirinin müavini Əbdül Qəni Bəradər, Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar və digələri çıxış edib, önəmli fikirlər səsləndiriblər.
Millət vəkilləri Zirvə görüşü ilə bağlı “Xalq Cəbhəsi”nə danışıblar.

“Azərbaycan yeni güc mərkəzi yaratmasını dünyaya bəyan etdi”

Milli Məclisin deputatı Tural Gəncəliyev bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Zirvə görüşünün Azərbaycanda, xüsusən tarixdə ilk dəfə olaraq Qarabağın əsas şəhəri olan Xankəndidə keçirilməsi ölkəmizin yeni geosiyasi mərkəz kimi formalaşmasını bir daha təsdiq edir: “Xüsusilə nəzərə alsaq, dünya liderləri Xankəndiyə ilk dəfə idi toplaşırdılar, bundan əvvəl görüşlər olmuşdu, ancaq belə bir sayda mühüm ölkələrin rəhbərlərinin Xankəndiyə gəlməsi artıq yeni reallıqların bütün dünya tərəfindən qəbul edilməsini və Azərbaycanın bu reallıqların müəllifi kimi yeni güc mərkəzi yaratmasını dünyaya bəyan etdi”.

“Biz yeni siyasi gündəmi formalaşdırırıq”

Deputatın sözlərinə görə, təbii ki, İƏT-nin üzvləri əvvəl və hazırkı dövrlərdə münaqişədən əziyyət çəkən ölkələrdir: “Elə Azərbaycan özü Ermənistanın təcavüzünə məruz qalmış ölkə olaraq öz torpaqlarını işğaldan azad edib. Beləliklə, bu həm də dünyaya bir mesajdır ki, işğala, təcavüzə məruz qalmış, xüsusən ilə müsəlman ölkələrinə qarşı ədalətsiz davranmağın artıq vaxtı sona çatıb. Artıq biz həm İƏT-nin üzü olaraq, həm türk dünyasının güclü liderlərindən biri olaraq, həm də elə İƏT-nin əsas lider ölkələrindən biri olaraq yeni siyasi gündəmi formalaşdırırıq və burada bizim rolumuz çox önəmlidir”.
T.Gəncəliyev qeyd edib ki, İran Prezidentinin də bu tədbirdə iştirak etməsi onu göstərir ki, Azərbaycan bütün qonşuları ilə konstruktiv əməkdaşlıq ruhuna köklənib: “Biz Xankəndidə sülh gündəmini əməkdaşlıq platforması kimi dünyaya təqdim etdik. İƏT onsuz da əməkdaşlıq təşkilatıdır, bu tədbirdə isə qonşularımızla və regional ölkələrlə birgə çıxış yolları üzərində müzakirələr aparmaq, problemləri həll etmək istiqamətində mühüm görüşlər keçirildi”.

“Növbəti dəfə dünyanın ürəyi Azərbaycanla döyündü”

Milli Məclisin deputatı Ceyhun Məmmədov söyləyib ki, Azərbaycanın əzəli torpağı olan Xankəndi şəhəri mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi: “Növbəti dəfə dünyanın ürəyi Azərbaycanla döyündü. İqtisadi Əməkdaşlıq Təşkilatına üzv regionun güclü dövlətlərinin liderləri Qarabağda Xanın kəndində bir araya gələrək regionumuzu və dünyamızı narahat edən qlobal məsələləri müzakirə etdi, mühüm bəyanatlar verdilər. Bu, Azərbaycanın növbəti böyük uğurudur”.
C.Məmmədov əlavə edib ki, bu gün dünyadan nisgillə köçən əcdadlarımızın da ruhu şaddır, onların da arzusu çin olub: “Azərbaycan tam müstəqil və bütövdür. Azərbaycan bütün bu misilsiz uğurlara Prezident İlham Əliyevin rəhbərliyi ilə qısa müddətdə nail olub. Bu gün Qarabağın və Şərqi Zəngəzurun hər bölgəsində, hər yerində inkişaf və tərəqqi var. Bu işləri həyata keçirmək üçün həm də güclü iradə və prinsipial mövqe olmalıdır”.

“Konfrans çox mühüm çıxışlarla yadda qaldı”

Deputat bildirdiyinə görə, o, həmkarları ilə İƏT həftəsi çərçivəsində bir konfransda iştirak edib: “Konfrans Azərbaycan həqiqətlərinin təbliği, qadınları hüquqlarının qorunması sahəsində mühüm təcrübəsinin bölüşülməsi baxımından xüsusi əhəmiyyət daşıyırdı. Konfrans eyni zamanda bir çox mühüm çıxışlarla yadda qaldı. Növbəti dəfə beynəlxalq platformada Azərbaycanın mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı”.
C.Məmmədov eləcə də Laçında həyata keçirilən mühüm layihə və işlərlə yaxından tanış olduqlarını diqqətə çatdırıb: “Bu gün Laçın özünün yeni inkişaf mərhələsinə daxil olub. Laçın heç zaman bu qədər gözəl və möhtəşəm olmayıb. Burada yeni hava limanı, istehsal sahələri və yaşayış binaları inşa olunub. Bu isə qısa zamanda Laçının bölgənin ən abad və gözəl bölgələrdən birinə çevriləcəyini göstərir. Həqiqətən də çox qürurvericidir ki, bu gün Qarabağ və Şərqi Zəngəzur mühüm beynəlxalq tədbirlərin keçirildiyi abad və firavan ərazilərə çevrilib. Dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və digər rəsmi şəxslər bura səfər edərək qısa müddətdə görülən işləri öz gözləri ilə görürlər. Qonaqların zaman-zaman çıxışlarında səsləndirdikləri fikirlər bunu bir daha təsdiq edir”.

“Bu, növbəti presedentdir”

Milli Məclisin deputatı Sahib Alıyev bildirib ki, İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndində öz işinə başlayan Sammiti əslində dünya siyasətində müəllifi Müzəffər Ali Baş Komandanımız olan bir presedentin yaratdığı, növbəti presedentdir: “Birinci presedent əgər BMT yaranandan üzü bəri onun Təhlükəsizlik Şurasının 5 daim üzvündən üçünün açıq şəkildə qarşı çıxmalarına rəğmən Azərbaycanın həmin qurumun qətnamələrini yerinə yetirən tək dövlət olması idisə, ikincisi, son 30 ildə terror yuvasına, ondan xeyli əvvəl, çar Rusiyasının regiona gəlişi ilə isə Qafqazda qarşıdurma ştilxanasına çevrilmiş Xankəndində bu gün Quzey Kıbrıs liderinin Mərkəzi Asiya ölkələrinin rəhbərləri ilə birgə qatıldığı, demək, həm də türk dünyasının birliyinə, onun güc mərkəzi olaraq formalaşmasına öz töhfəsini verən sözün hər anlamında yüksək səviyyəli beynəlxalq tədbirin keçirilməsidir”.

“Qarabağın necə dəyişdiyini görmək qürurvericidir”

Deputat qeyd edib ki, bəzi böyük güclərin də yaxından və birbaşa dəstəyi ilə münaqişə rəmzi sayılan Qarabağın necə dəyişdiyini, onun adı çəkiləndə göz önünə indi görünməmiş quruculuq, sülhə və dayanıqlı inkişaf, beynəlxalq əməkdaşlıq, kooperasiya platforması gəldiyini görmək çox qürurvericidir: “Demək ki, dövlətin böyüklüyü torpaq ələ keçirməsi ilə yox, bu qəbildən olan addımlar nəticəsində xarabazarlığa çevrilən yerləri çox qısa müddətdə yaşayış, turizm, təhsil üçün cəlbedici edə bilməsi ilə ölçülməlidir. Elə bu Zirvə həm də onu göstərmirmi ki, Azərbaycana imperiya stereotiplərindən yanaşanlar nə qədər yanılış yoldadırlar və etdikləri Danninq-Krüqer hipotetik effektinin bütövlükdə dövlət səviyyəsində təzahürüdür”.

Bu gün baş verənlər təsdiqləyir ki...

S.Alıyev əlavə edib ki, ona görə təzahürüdür ki, imperiya mərəzindən qurtula bilməyənlər özləri düşündükləri kimi ağıllı olsa idilər, sadəcə Özbəkistanın Bakıda yeni səfirliyinin açılışı zamanı cənab İlham Əliyevin bir xatırlatmasına diqqət yetirmələri bəs edərdi: “Prezidentimiz Ulu Öndərin hələ 2001-ci ildə Özbəkistana səfirlik üçün yer ayrıdığını, 20 ildən artıq orada heç bir tikinti aparılmadığı və ora göz tikənlərin çox olduğu halda səbrlə qardaş ölkənin gəlib işə başlayacağı günün gözlənildiyini bildirdi. Ağdamda Muğam Mərkəzinin açılışındakı çıxışında da növbəti dəfə vurğuladığı kimi Heydər Əliyev yolundan bir addım da qırağa çıxmayan, onun irsinə, qərar, istək və nəsihətinə son dərəcə həssaslıqla yanaşan almaz iradəli bir liderin kimlərinsə təzyiqlərinə, imperiyanı bərpa cəhdlərinə boyun əyəcəyini düşünmək mümkündürmü? Dövlət başçımız hələ SSRİ mövcudkən 1991-ci il martın 7-də Milli Məclisdə Ulu Öndərin “əgər digər respublikalar İttifaqda qalsalar belə Azərbaycan oradan çıxmalı, onlarla ikitərəfli əlaqələr qurmalıdır” sözlərini unuda bilərmi? Bu gün baş verənlər də təsdiqləyir ki, əsla! Və bu gün baş verənlər, yəni imperiya təkəbbürü göstərənlərinin qətiyyətlə yerlərində oturdulması əslində Heydər Əliyevin bütün risqləri öz üzərinə götürərək Mərkəzi Asiyadakı qardaşlarımızın da ölkələrinin karbohidrogen ehtiyatlarından ancaq öz milli çıxarlarına uyğun şəkildə faydalanmalarının yolunu açması və onların dünya bazarına çıxarılması üzərindəki inhisarı darmadağın etməsinin başqa bir müstəvidə təkrarlanmasıdır”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 İyul 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri