ECO nun baş katibi: Xankəndiyə müxtəlif ölkələrdən tələbələrin gəlməsi, təhsil alması vacibdir
Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.
"Xankəndiyə regionun müxtəlif ölkələrindən tələbələrin gəlməsi, təhsil alması vacibdir".
Oxu.Az "Report"a istinadən xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevin təşəbbüsü ilə Ağdamda ilk dəfə keçirilən ECO Gənclər Forumunda deyib.
O, Qarabağ Universitetinin rektorunun təklifi ilə tələbə mübadiləsində maraqlı olduqlarını da bildirib.
Baş katib vurğulayıb ki, Azərbaycanın göstərdiyi keyfiyyətli liderlik nümunəsi gənclərin regional işlər məsələsinə qatılmasına imkan yaradır:
"ECO regiona aid olan dövlətlərin inkişafında rol oynayır. Regionun gələcəyini birgə formalaşdırmalıyıq. Gənclərin bura qoşulması işimizi daha da asanlaşdıracaq. ECO gənclərin sadəcə passiv iştirakçılar deyil, ümumi məqsəd və istəklərinin formalaşmasında və həyata keçirilməsində fəal lider olmalarını təmin etmək niyyətindədir. Bunun üçün şüurlu addımlar atmalıyıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 01 İyul 2025 13:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















