Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Nicat Kazımov oğluna toy etdi Video

Nəcibənin toyudur Fotolar

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Mərhum Xalq artistinin yaxın qohumu imiş

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

ECO nun Xankəndidəki Zirvə görüşü birlik, sülh və əməkdaşlıq platforması kimi yadda qaldı

ECO nun Xankəndidəki Zirvə görüşü birlik, sülh və əməkdaşlıq platforması kimi yadda qaldı

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün keçirilməsi çox böyük iqtisadi və siyasi əhəmiyyətə malikdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərin tarixi miqyası böyüklüyü Xankəndidə öz təsdiqini bir daha tapdı. Oradan izlədiyimiz möhtəşəm səhnələr bizə qalib Dövlətin vətəndaşı olmaq qürurunu yaşatdı. Xankəndi Zirvə görüşü bərpa olunan tarixi ədalətin beynəlxalq miqyasda tərənnümü, qalib Dövlətin dünyaya yeni imicdə təqdimatı idi. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün qədim Azərbaycan torpağı olan Qarabağa, Xankəndiyə gələn qonaqları salamlayaraq ölkəmizin indiki uğurlarının əldə olunması istiqamətində keçdiyi tarixi yola nəzər saldı. Dövlətimizin başçısı ECO-nun Azərbaycanda keçilməsinin əhəmiyyətinə toxundu və ötən dövrdə uğurlu sədrliyi münasibətilə Qazaxıstana öz təşəkkürlərini çatdırıb”. Bu sözləri Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.

Onun sözlərinə görə, Azərbaycan bundan öncə də - 2006-cı və 2012-ci illərdə ECO-nun Zirvə görüşlərinə ev sahibliyi edib: “Dövlətimizin başçısının da vurğuladığı kimi Zirvə görüşünün Qarabağda, Xankəndidə təşkil edilməsinin xüsusi mənası, əhəmiyyəti var. Tarixi Şuşa şəhərində 2023-cü ildə ECO-nun Nazirlər Şurasının, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünün və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşü baş tutub. Bu xüsusda ECO-nun Zirvə görüşünün Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilməsi xalqımız üçün qürurvericidir. Bu həm də bir çox dairələrə vacib mesajdır. 30 il ərzində Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilmiş vandalizm, talançılıq faktları mötəbər qonaqlara şəxsən təqdim edildi. Onlar eməni vəhşiliyinin əyani şahidi oldular. Qonaqlara dağıdılmış tarixi, mədəni, dini abidələr barədə ətraflı məlumatlar verildi. İşğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silmiş. 67 məsciddən 65-i Ermənistan tərəfindən yerlə-yeksan edilib, qalan ikisi isə ciddi zərər görüb, donuz və inək tövləsi kimi istifadə olunub. Bu, İslam dininə və dünya müsəlmanlarına qarşı hörmətsizlik və təhqir idi”.
Millət vəkili Zirvə görüşündə dövlətimizin başçısının diqqətə çatdırdığı digər məsələlərə də toxundu: “Vətən müharibəsi başa çatandan bu günə qədər 400-ə yaxın soydaşımız mina partlaması nəticəsində həlak olub və ya ağır yaralanıb. Ermənistanın törətdiyi etnik təmizləmə, dini, mədəni abidələrin dağıdılması və minatəmizləmə problemi yalnız bir dövlətin faciəsi kimi yox, beynəlxalq hüquqa qarşı ciddi təhdid idi. Bu gün isə Azərbaycan Ermənistanın xarabazara çevirdiyi torpaqlarda yeni şəhərlər və kəndlər inşa edir. “Böyük Qayıdış” Proqramı icra edilir. İndiyə qədər 16 şəhər və kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Hazırda azad edilmiş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. İndiki məqamda Ermənistandan deportasiya olunmuş Qərbi azərbaycanlıların hüquqlarının təmin olunması da böyük əhəmiyyət kəsb edir. Ölkəmizin başçısı keçən ay İslam Əməkdaşlıq Təşkilatının İstanbulda keçirilmiş Nazirlər Şurasında Ermənistandan zorla didərgin salınmış azərbaycanlıların qayıdış hüququna dəstək ifadə edən qətnamənin bütün 57 üzv ölkənin yekdil qərarı ilə qəbul olunmasını yüksək qiymətləndirdiyini vurğuladı. “İstanbul Bəyannaməsi”ndə də indiki Ermənistan ərazisindən zorla qovulmuş azərbaycanlıların geri qayıdış hüququ təsdiqlənir və Ermənistanın Qərbi Azərbaycan İcması ilə dialoqu rədd etməsi qınanılır. Cənab Prezident də çıxışında Qərbi azərbaycanlıların Ermənistandakı öz dədə-baba torpağına sülh yolu ilə qayıdışının təmin edilməsi sahəsində səylərin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb”.
Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatının fəaliyyətindəki aktiv iştirakına diqqət çəkən Mehriban Vəliyeva bildirdi ki, ölkəmiz ECO çərçivəsində aparıcı mövqeyə malikdir: “Azərbaycanın iştirakı ilə Cənub Qaz Dəhlizi, “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi”, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu, Orta Dəhliz və digər layihələr həyata keçirilir. ECO-ya üzv olan ölkələrdə ümumilikdə 550 milyon əhali yaşayır ki, bu da onun böyük potensialından xəbər verir. Təşkilat üzvlər dövlətlər arasındakı illik ticarət dövriyyəsi 76 milyard dollara çatıb”.
Sonda millət vəkili qeyd etdi ki, 2026-cı ilin Şuşa şəhərinin “ECO-nun Turizm paytaxtı” elan edilməsi xüsusi əhəmiyyət kəsb edir: “Xankəndi sammiti həmçinin bütün dünyaya işğaldan azad olunmuş ərazilərimizdə quruculuq və inkişafa söykənən proqramlarımızın təqdimatı baxımdan əhəmiyyətli oldu. Müsəlman- Türk birliyinin dövlət başçılarının Xankəndinə toplaşması ölkəmizin tək Qafqaz regionunda deyil, bütövlükdə Yaxın və Orta Şərqdə aparıcı aktorlardan biri olduğunu təsdiqlədi. Zirvə görüşündə dövlət başçılarının rəsmi və qeyri-rəsmi görüşləri, səmimi ünsiyyətlər, verilən mesajlar Prezident İlham Əliyevin qlobal arenadakı nüfuzunun və etibarlı tərəfdaş olmasının təsdiqidir”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 08 İyul 2025 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see519

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see340

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see288

Bakıda şəhid məzarları qarət edildi VİDEO KONKRET

19 Noyabr 2025 23:18see216

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see199

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see158

“Bu modeldə müəllimə ən azı iki dəfə yüksək maaş verilməsi planlaşdırılır...”

19 Noyabr 2025 13:22see158

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see150

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see148

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see142

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see141

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see139

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see138

Nicat Kazımov oğluna toy etdi Video

19 Noyabr 2025 22:37see134

Nəcibənin toyudur Fotolar

19 Noyabr 2025 21:20see134

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see131

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see131

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see130

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see129

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri