ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir Məsud Pezeşkian
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ECO sammiti İrana qarşı son hücumların pislənilməsi üçün fürsətdir. SİA xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, İrana hücumlar nəticəsində çox böyük insan və maddi itkilər oldu: “Təbii ki, silahlı qüvvələrimiz Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 57-ci maddəsinə uyğun olaraq, İranın şərəfli xalqını, onun milli suverenliyini, ölkənin ərazi bütövlüyünü qanuni şəkildə müdafiə edərək bölgədə müharibənin yayılmasının qarşısını aldı”.
İran prezidenti region ölkələrinin rəsmilərinin, İslam Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin son böhran zamanı tutduğu mövqelərə təşəkkürünü bildirib:
“İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici Əlaqələr Şurasının son iclasından indiyədək bir çox regional, qlobal təşkilat və bloklar İran İslam Respublikasına qarşı hücumları pisləməkdə qəti mövqe nümayiş etdirməyib. ECO sammiti son hücumların pislənilməsi üçün fürsətdir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 04 İyul 2025 14:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















