Icma.az
close
up
RU
Ədalət Muradov: UNEC əməkdaşlarının elmi nəşrlərinə 3932 istinad qeydə alınıb

Ədalət Muradov: UNEC əməkdaşlarının elmi nəşrlərinə 3932 istinad qeydə alınıb

Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Bu konfrans vasitəsilə elmi töhfəmizi verməyi qarşıya məqsəd qoymuşuq. Konfransa dörd ölkədən 57 xarici tədqiqatçı qatılıb. Daxil olmuş məqalələrdən 224-ü seçilib və həmin məqalələr əsasında hazırlanmış kitab bu gün iştirakçıların diqqətinə təqdim olunub".

Oxu.Az xəbər verir ki, bu fikri VII İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov səsləndirib.

O bildirib ki, konfrans çərçivəsində ingilis dilindən Azərbaycan dilinə yeni bir kitabın tərcüməsi də həyata keçirilib.

Rektor universitetin elmi fəaliyyətinə dair statistik məlumatları da bölüşüb:

"2024-cü ildə beynəlxalq platformalarda universitet əməkdaşlarının 662 elmi əsəri dərc olunub, bu nəşrlərə ümumilikdə 3 932 istinad qeydə alınıb. UNEC-in veb-formadakı elmi nəşrləri bütövlükdə ölkə üzrə ali təhsil və elmi müəssisələrin nəşrlərinin 19 faizini təşkil edib. 2024-cü ildə bu göstərici 22.7 faizə yüksəlib".

Ə.Muradovun sözlərinə görə, 2024-cü ilin ikinci yarısından etibarən universitetdə elmi fəaliyyətin rəqəmsallaşdırılması layihəsinə start veriləcək:

"Bu sistem elmi fəaliyyətin rəqəmsal əsasda idarəolunması, maliyyələşdirilməsi və stimullaşdırılmasına xidmət edəcək. Məqsəd həm də araşdırmaların vahid platformada toplanması və şəffaflığın təmin edilməsidir".

Son beş ildə universitetdə 21 qrant layihəsinin icra edildiyini xatırladan rektor əlavə edib ki, 2022-ci ildən etibarən UNEC tarixində ilk dəfə universitetdaxili qrant layihələri həyata keçirilməyə başlanıb.

Hazırda UNEC-də 48 tədqiqat mərkəzi fəaliyyət göstərir, bu mərkəzlərdə 267 tədqiqatçı çalışır:

"Onlardan 131-i xarici ölkələrin alimləridir. Yeni yaradılmış tədqiqat mərkəzləri çərçivəsində universitetə aid 659 məqalə nüfuzlu indeksli bazalarda dərc olunub".

Ədalət Muradov qeyd edib ki, hazırda universitetdə altı elmi jurnal fəaliyyət göstərir. Onlardan biri - yeni yaradılmış jurnal artıq 2024-cü ilin noyabr ayında "Scopus" bazasına daxil edilib və ikinci kvartalda yer alıb.

Rektor bildirib ki, 2024-cü ildə verilmiş qərara əsasən, universitetdə daha üç yeni elmi jurnalın yaradılması istiqamətində işlər yekunlaşmaq üzrədir.

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 İyun 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri