Ədalət Partiyasının Ali Məclisi toplanır: Sədr kim olacaq?
Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.
Azərbaycanın tanınmış hüquqşünası, sabiq baş prokuroru və Ədalət Partiyasının sədri İlyas İsmayılovun vəfatı partiyanın gələcəyi və siyasi fəaliyyəti ilə bağlı bir sıra sualları gündəmə gətirib.
Bu suallar arasında qurultayın nə vaxt olacağı xüsusi diqqət çəkir.
“Cebheinfo.az” xəbər verir ki, Partiyanın Siyasi Şurası və Mərkəzi Nəzarət Təftiş Komissiyasının birgə iclasında qurultayın keçirilməsi üçün müvafiq prosedurlar müzakirə olunub. Bu barədə partiyanın sədr müavini Mütəllim Rəhimov bildirib:
“Qurultayın keçirilməsi üçün müvafiq addımların atılması ilə bağlı Nizamnaməyə uyğun olaraq aprelin 19-da Ali Məclisin iclasının keçirilməsi barədə qərar qəbul olunub. Partiyanın qurultayının keçirilməsi tarixini Ali Məclis müəyyənləşdirəcək”.
Xəzər
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 18 Aprel 2025 12:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















