Icma.az
close
up
RU
Ədalət Şükürov illərlə niyə Elgizə pul verib? APARICIDAN MARAQLI CAVAB

Ədalət Şükürov illərlə niyə Elgizə pul verib? APARICIDAN MARAQLI CAVAB

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan şou-biznesində sənətçilər arasında yaşanan maraqlı münasibətlər zaman-zaman gündəmə gəlir. Bəzən bu münasibətlər səhnə arxasında qalır, bəzən isə sənətçilərin öz açıqlamaları ilə ictimailəşir və müzakirə mövzusuna çevrilir. Tanınmış aparıcı Elgiz Əkbərlə müğənni Ədalət Şükürov arasında illərdir davam edən bir məqam da məhz belə hallardandır.

Yenisabah.az xəbər verir ki, Elgiz Əkbər “Həmin Zaur” verilişində maraqlı açıqlama ilə diqqət çəkib. O bildirib ki, Əməkdar artist Ədalət Şükürov onu hər dəfə məclisdə görəndə cibinə 300 manat pul qoyurmuş. Aparıcının sözlərinə görə, bu hal illərdir davam etsə də, onun səbəbini hələ də özü də dəqiq bilmir.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Elgiz Əkbər deyib: Marqarita pizza

“Yəqin ki, bu hal Ədalət Şükürovun ürəyindən gəlirmiş. Açığı, özüm də bu barədə çox düşünürdüm. Hər dəfə özümə sual verirdim ki, görəsən, Ədalət bəy niyə belə edir? Toyda, qonaqlıqda, ad günündə və ya hər hansı tədbirdə görüşsək, məni yanına çağırıb cibimə pul qoyurdu. Düzünü deyim, belə şeyləri sevən biri deyiləm. Hər dəfə düşünürdüm ki, niyə kimdənsə pul almalıyam?”

Elgiz Əkbər bildirib ki, Ədalət Şükürova böyük hörmət bəslədiyi üçün onu incitmək istəməyib:

“Ədalət Şükürovu çox sevirəm və ona böyük hörmətim var. Düşünürdüm ki, ondan pulu götürməsəm, bəlkə də xətrinə dəyər. İçindən gəldiyini düşünüb, heç nə demirdim. Hər dəfə təşəkkür edib qəbul edirdim. Az müddət əvvəl bir məclisdə yenə birlikdə olduq. Ədalət bəy məni yenə yanına çağırdı. O zaman yaxınlaşıb dedim ki, ‘Xətrinizi çox istəyirəm, amma çox xahiş edirəm, mənə bir daha pul verməyin. Çünki narahat oluram və özümü çox pis hiss edirəm’. Onu da üzmək istəmirdim. Sağ olsun, o da anlayışla qarşıladı, aramızda heç bir inciklik olmadı. Amma niyə pul verdiyini hələ də bilmirəm”.

Aydan Hacı 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 İyul 2025 13:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri