Icma.az
close
up
RU
Ədalət Şükürovun məktəblərdə din dərsi keçirilməsi təklifinə etiraz “Bu, yolverilməzdir!”

Ədalət Şükürovun məktəblərdə din dərsi keçirilməsi təklifinə etiraz “Bu, yolverilməzdir!”

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Əməkdar artist Ədalət Şükürov efirdə verdiyi açıqlama ilə diqqətləri üzərinə çəkib. O, bildirib ki, məktəblərdə uşaqlara hansı dinə mənsub olduğumuz, peyğəmbərimizin kimliyi, kitabımızın hansı olduğu və orada nə yazıldığı kimi əsas dini bilgilərin öyrədilməsi vacibdir. O qeyd edir ki, bu mövzular dərindən yox, əsas səviyyədə uşaqlara çatdırılmalıdır.

Bəs görəsən, bu kontekstdə məktəblərdə dini biliklərin – yəni dinə mənsubluq, peyğəmbər, müqəddəs kitab və əsas dini dəyərlərin tədrisi nə qədər vacibdir? Belə dərslər şagirdlərin mənəvi və dünyagörüşünün formalaşmasına necə təsir edə bilər? Bu bilgilərin verilməsi uşaqlarda dini dözümlülük və tolerantlıq baxımından hansı nəticələrə gətirib çıxara bilər?

Suallarımızı cavablandıran təhsil eksperti Cahin İmanlı “Yeni Sabah”a bu barədə münasibət bildirib:

“Birmənalı olaraq, orta məktəblərdə dini tədris etmək üçün ayrıca dərs saatının nəzərdə tutulmasına ehtiyac yoxdur və hətta bu, yolverilməzdir. Lazım gələrsə, dini dünyagörüşü haqqında "Həyat bilgisi" fənninin bir fəslini bu mövzuya ayırmaq olar. Dini dərslərin keçirilməsi şagirdlərdə nəinki tolerantlığın yaranmasına, əksinə, dini dözümsüzlüyün daha da artmasına səbəb ola bilər”.

Ekspert qeyd edib ki, cəmiyyətin dəyərlər sistemində bu iki amil bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan vacib komponentlər kimi çıxış edir:

“Dini kimliyə ayrıca yox, milli kimliyin tərkib hissəsi kimi baxmaq lazımdır. Əgər biz milli kimliyi təbliğ ediriksə, bu, dolayısı ilə dini də əhatə edir” .

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 08 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see388

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see194

Dövrün bəlası: xroniki yorğunluq sindromu

02 Sentyabr 2025 12:28see153

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see149

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see142

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see135

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see129

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see126

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see124

“Bu səfər ölkəmizin beynəlxalq mövqelərini gücləndirməsinə kömək olacaq”

02 Sentyabr 2025 09:30see121

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see121

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see119

“Atletiko” “Mançester Siti”nin futbolçusunu istəyir

01 Sentyabr 2025 05:39see119

“Tyançjin Bəyannaməsi” qəbul olunub ŞƏT bütün münaqişələri pislədi, amma...

01 Sentyabr 2025 14:46see116

Azərbaycanlı milyarder ilk ÜÇLÜKDƏ

01 Sentyabr 2025 14:20see115

Xaçmazın Palıdlı kəndində anidən şiddətli YANĞIN BAŞLAYIB FOTO

01 Sentyabr 2025 21:50see114

Quehi “Liverpul” yolunda

01 Sentyabr 2025 18:56see114

2025 ci ilin ən sülhsevər ölkəsi bu ölkə oldu

01 Sentyabr 2025 23:20see113

Britaniya Fələstin dövlətini tanıyacaq

01 Sentyabr 2025 22:52see113

Kraliça Kamillanı dabanlı ayaqqabısı xilas edib Maraqlı hadisə

02 Sentyabr 2025 04:45see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri