Icma.az
close
up
RU
Ədalət üçün səhnədən meydana: Gülbenin dərs verdiyi susqun məşhurlar

Ədalət üçün səhnədən meydana: Gülbenin dərs verdiyi susqun məşhurlar

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Türkiyəli sənətçi Gülben Ergen, Bakırköy Meydanında keçirilən bir aksiyada qətlə yetirilən gənc Mattia Ahmet Minguzzinin anası Yasemin Minguzziyə dəstək oldu. O, sadəcə bir müğənni deyil, eyni zamanda cəmiyyətin vicdanına toxunan addım atdı. Gülben, ana fəryadını yalnız buraxmadı. Ədalət axtaran bir qadının yanında dayandı. Təkcə meydanda yox, sosial mediada da səsini yüksəltdi. Və bir çoxlarının səsi oldu. Hadisə Türkiyədə cəmiyyətin müxtəlif təbəqələrindən böyük rezonans doğurdu. İnsanlar bu ədalətsizliyə qarşı birlik nümayiş etdirdi. Bir qadının yaşadığı faciəyə başqa qadınlar, sənətçilər, jurnalistlər, sadə insanlar da şərik çıxdı.

Bəs Azərbaycanda belə hadisələr olanda nə baş verir?

Gözümüzün önündə qadınlar döyülür, öldürülür, yoxa çıxır, bəzən uşaq yaşda qurban verilir. Amma məşhur simalar sənətçilər, aparıcılar, influencerlər, hətta özünü “sosial məsuliyyətli” adlandıran tanınmışlar səssiz qalır.

Sanki bu məsələlərə qarışmaq imiclərinə xələl gətirər. Halbuki cəmiyyətin tanıdığı hər bir şəxs bu tip hadisələrdə susanda, susduğu cinayətə ortaq olur. Qadın zorakılığı, uşaq istismarı, sosial ədalətsizlik bunlar sadəcə xəbər başlıqları deyil, ictimai vicdan sınağıdır.

Gülben Ergen öz mövqeyini göstərdi. “Mən sənə inanıram, sənin yanındayam” deməyi bacardı. Bu, bir sənətçinin, bir qadının, bir ananın gücüdür.

Bizimkilər isə ancaq konsert anonsu, sponsorlu paylaşımlar və ya “xoşbəxt həyat” estetikası ilə məşğuldur. Cəmiyyət yanarkən məşhurlar öz brendindən danışır.

Ədalət axtarışında olan bir insan üçün bir məşhurun paylaşımı, bir cümləsi bəzən minlərlə insanın səssizliyindən daha dəyərlidir. Bu, onun tək olmadığını hiss etdirməkdir. Əgər sən milyonlara səslənə bilirsənsə, bu səsi yalnız reklam üçün yox, insanlıq üçün də istifadə etməlisən.

Gülben Ergen bir daha göstərdi ki, səhnədə parıldamaq yetmir. İnsanın həqiqi dəyəri həyatın ən qaranlıq nöqtələrində kimə necə işıq tutduğudur.

Bəlkə bizdə də bir gün məşhurlar şəkil çəkdirmək üçün yox, şəfaət etmək üçün bir araya gələr. O günə qədər isə susanlar da, susdurulanlar qədər məsuldur.

Leyla Mirzə, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 01 Avqust 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri