Icma.az
close
up
RU
Ədalət Verdiyev 5 aylıq həbsxana hekayəsindən yazdı

Ədalət Verdiyev 5 aylıq həbsxana hekayəsindən yazdı

Icma.az bildirir, Olke.az portalına istinadən.

"Dəyərli dostlar, tanışlar və izləyicilər. 7 aprel tarixindən azadlıqdayam. İlk olaraq dövlətimizin memarı olan Ulu Öndərimizi və qəhrəman Şəhidlərimizi ziyarət etdim. Allah hamısına rəhmət eləsin! Həbs müddətində isə müzəffər Ali Başa Komandamıza, qalıb Vətənimizə və möhtəşəm Qələbəmizə xidmət etmək üçün əlimdən gələni etməyə çalışdım".

Ölkə.az xəbər verir ki, bu sözləri həbsdən yeni azad olunan hərbi ekspert Ədalət Verdiyev sosial şəbəkə hesabında deyib.

Onun sözlərinə görə, o, özünü təcridxanada azadlıqda olduğu kimi hiss edib:

"Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim. Bu faktları orada saxlanılan onlarla şəxs və rəhbərlik də təsdiq edə bilər. Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar, buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm. Çox sayda tanıdığım və tanımadığım insanlar sosial şəbəkələrdə mənə dəstək verdilər, çox sayda qohumlar və dostlar daim ailəmin yanında oldular. Hər birinizdən Allah razı olsun.

Bir daha millətimizin nə qədər qədirbilən, mərhəmətli, xeyirxah olduğuna, ailə dəyərlərinə sadiq olduğuna əmin oldum. Əslində həbsxana həyatı da kişilər üçün bir məktəbdir. Çox insanlarla təmasda oldum, çox kitab oxudum, ətrafıma qələbəmizin əhəmiyyəti barədə geniş məlumatlar təqdim etdim. Az sonra ətrafimda kitab oxuyanların və yerli KİV-ləri izləyənlərin sayı maksimum artdı, bu insanlar qələbəmizin davamını gözləməyə başladılar.

Prezidentimizə tam dəstək verən insanlar Komandanımızın əfv və amnistiya qərarlarını səbirsizliklə gözləyirlər. İctimai fikrə təsir etmək imkanımdan maksimum istifadə edərək insanlara doğru məsləhət verməyə çalışırdım, onları bundan sonra səhv addımlardan kənar olmağa dəvət edirdim. Bundan sonra da dövlətimiz naminə eyni istiqamətdə fəaliyyətlərimi davam etdirəcəm. Bu gün bir daha bildirirəm ki, heç bir anlaşılmazlıq, məhdudiyyət və ya həbs mənim Dövlət, Bayraq və Vətən sevgimə mənfi təsir edə bilməz. Uca Tanrı müzəffər Ali Baş Komandanımızı, qalıb Dövlətimizi, qəhrəman Əsgərimizi, üçrəngli Bayrağımızı və mərd xalqımızı qorusun!"

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 Aprel 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəzzada sülh yaxındır? ŞƏRH

15 Oktyabr 2025 15:34see348

Nəticələr Türkiyənin Suriyada möhkəmlənməsinə xidmət edəcək

16 Oktyabr 2025 10:26see290

Rusiya hakimiyyəti Vəfa Quluzadəni haqlı çıxardı KONKRET

16 Oktyabr 2025 15:04see256

İsrail də açıqladı: Qəzzada yenidən müharibə başlaya bilər!

16 Oktyabr 2025 00:55see177

Tramp siyasi fəal Çarli Kirki ölümündən sonra Prezident Azadlıq Medalı ilə təltif edib

15 Oktyabr 2025 01:40see139

Yardımlının Şıxlar kəndində 4 şagird təhsilsiz qalıb? Rəsmi AÇIQLAMA

15 Oktyabr 2025 20:13see132

Üçüncü Azərbaycan Milli Şəhərsalma Forumunun iştirakçıları Şuşa şəhərinə gəliblər

15 Oktyabr 2025 18:02see131

ABŞ nin Nyu York ştatında ilk dəfə çikunqunya qızdırmasına yoluxma aşkar edilib

16 Oktyabr 2025 00:33see128

Bu bürcün qadınları asan ram olmur

16 Oktyabr 2025 03:21see127

10 minədək taksinin icazəsi ləğv ediləcək? Video

16 Oktyabr 2025 07:03see126

Ağsuda yollar təmir ediləcək

16 Oktyabr 2025 14:54see125

Bakıda yol kənarında fahişələrin axşam bazarı (VİDEO)

16 Oktyabr 2025 04:40see124

Şarm əl Şeyx sammiti: Yaxın Şərq üçün yeni tarix

15 Oktyabr 2025 12:20see122

ABŞ də şatdauna son qoymaq cəhdi növbəti dəfə nəticəsiz qaldı

15 Oktyabr 2025 04:46see122

Leyla və Arzu Əliyeva beynəlxalq incəsənət sərgisinin açılışında FOTO

15 Oktyabr 2025 09:54see122

Finlandiyalıların bir çoxu erkən pensiyaya çıxmaq arzusundadır

16 Oktyabr 2025 04:03see121

ABŞ Senatı respublikaçıların maliyyə qanun layihəsini səkkizinci dəfə rədd edib

15 Oktyabr 2025 03:14see120

Erkən ölüm riskini artıran əsas amillər BƏLLİ OLDU TERAPEVT AÇIQLADI

16 Oktyabr 2025 16:17see120

Kreml Tramp Putin danışıqlarını dəyərləndirib

16 Oktyabr 2025 23:31see119

Serbiya seçimini etdi, bunu gözləyirik Leyen

15 Oktyabr 2025 21:50see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri