Icma.az
close
up
RU
Ədalətsiz keçmişdən strateji gələcəyə: 907 ci düzəliş niyə və necə ləğv edilməlidir?

Ədalətsiz keçmişdən strateji gələcəyə: 907 ci düzəliş niyə və necə ləğv edilməlidir?

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibəsində toxunduğu məsələlərdən biri də ABŞ-nin keçmiş prezidenti Co Baydenin həmmüəlliflərindən olduğu, ədalətsiz və absurd xarakter daşıyan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş ilə bağlı idi. Dövlət başçısı bildirib:

"Biz uzun illər çalışırdıq ki, bu 907-ci düzəlişi ləğv etdirək. Ancaq bu, çox çətin proses idi və sadəcə olaraq, 11 sentyabr 2001-ci il hadisələrindən sonra Amerika Prezidenti bu düzəlişi öz imzası ilə aradan qaldırdı və bu, 2024-cü ilə qədər davam edirdi. Tramp administrasiyasının hakimiyyətə gəlməsi ilə vəziyyət tamamilə dəyişib. İndi Amerika-Azərbaycan münasibətləri yeni səviyyəyə qalxıb və biz gözləyirik ki, Konqres bu ədalətsiz, keçmişdən qalan, bu gün tamamilə absurd sayılan düzəlişi aradan qaldıracaq".

Ümumiyyətlə, 907-ci düzəlişin ləğvi həm Azərbaycan, həm də Bakı-Vaşinqton münasibətlərinin gələcəyi üçün hansı perspektivlər vəd edir və ümumiyyətlə, bu düzəliş növbəti dövrlərdə yenidən gündəmə gələ bilərmi?

Deputat Bəhruz Məhərrəmov Oxu.Az-a açıqlamasında bildirib ki, Prezidentin də ifadə etdiyi kimi, 2025-ci il Azərbaycan-ABŞ münasibətlərində dönüş dövrü hesab oluna bilər:

"Heç şübhəsiz ki, bu status-kvonun təməlində Azərbaycanın hərbi-siyasi zəfərləri nəticəsində yaranan yeni reallıq dayanır. Məlumdur ki, yeni reallıqda bir sıra güclər, o cümlədən də ABŞ maraqlarını bərabərhüquqlu əsaslarla yox, daha çox müəyyən rıçaqlar əldə edərək təzyiq göstərməklə təmin etməyə çalışırdı və 907-ci düzəliş də məhz bu kursun davamı hesab oluna bilərdi".

"Əlbəttə, ABŞ-nin keçmiş prezidenti Co Baydenin həmmüəlliflərindən olduğu "Azadlığa Dəstək Aktı"na 907-ci düzəliş müstəqilliyinin ilk illərində ağır maliyyə böhranı yaşayan Azərbaycan üçün ciddi iqtisadi zərbə hesab oluna bilərdi. Digər tərəfdən, Azərbaycanı Ermənistanı blokadada saxlamaqda ittiham edən sənədin məzmunu özlüyündə ədalətsiz xarakter daşıyırdı və ölkəmizin qlobal miqyasda mövqelərinə zərbə hesab olunurdu. Lakin Azərbaycanın hərbi-siyasi qələbələri ilə vəziyyəti köklü surətdə dəyişməsi, o cümlədən siyasi və iqtisadi müstəqilliyini təməlli formada möhkəmləndirməsi digər rıçaqlar kimi 907-ci düzəlişi də təsirsiz alətə çevirdi. Nəticə etibarilə bu gün Azərbaycan dövlətinin 907-ci düzəlişin qüvvədə olacağı təqdirdə daxil olacaq maliyyə yardımlarına faktiki ehtiyacı yoxdur. Lakin Azərbaycan və Ermənistan arasında kommunikasiyalar, blokadanın tədricən aradan qalxması, Ermənistana Qazaxıstandan və Rusiyadan buğdanın daşınması, eləcə də Azərbaycan benzininin bu ölkəyə ixracı fonunda ədalətsiz şəkildə hələ də Azərbaycanı Ermənistanı blokadada saxlamaqda ittiham etmək qəbuledilməzdir və ilk növbədə Vaşinqtonun özünün imici üçün zərbədir. ABŞ-nin hazırkı administrasiyası da eyni mövqeyi bölüşür və təsadüfi deyil ki, avqust ayında Ağ Evdə görüş zamanı cənab İlham Əliyevin iştirakı ilə Donald Trampın 907-ci düzəlişin birdəfəlik ləğvinə dair simvolik sənədi imzalaması özlüyündə məhz bu mövqenin göstəricisidir" - deyə, deputat vurğulayıb.

Müsahibimiz əlavə edib ki, ABŞ qanunvericiliyinə görə Senatın qəbul etdiyi sənəd məhz həmin qurumda "zərərsizləşdirilə" bilər:

"Bu mənada, dövlət başçımızın da ifadə etdiyi kimi, hazırda biz ABŞ Senatının sağlam mövqe nümayiş etdirərək 907-ci düzəlişin tam şəkildə ləğv edilməsinə qərar verəcəyini gözləyirik. Əlbəttə, proseslərin gedişatında Azərbaycan-ABŞ münasibətlərinin xarakterindən asılı olaraq ayrı-ayrı sənədlərin qəbulu mümkündür. Lakin unutmamalıyıq ki, Azərbaycan müstəqilliyini yeni əldə etmiş, işğala, təcavüzə məruz qalmış və üzərində təsir formalaşdırıla biləcək dövlət deyil. Bu mənada Azərbaycanla münasibətlərdə diktə dili ilə danışmağa hüquqi əsas yaradan heç bir sənədin perspektivi yoxdur. İndiki halda isə özünün inkişafının tam yeni mərhələsinə qədəm qoyan ABŞ-Azərbaycan münasibətləri qarşısında əngəl kimi çıxış edən 907-ci düzəlişin ən qısa zamanda aradan qaldırılacağına böyük ümidlərin olduğunu demək üçün ciddi əsaslar var. Heç şübhəsiz ki, qeyri-praqmatik və qərəzli yanaşmaları ilə Vaşinqtonun milli maraqlarına dəfələrlə zərbə vurmuş Bayden-Blinken administrasiyasından fərqli olaraq Tramp administrasiyası məsələyə sağlam rakursdan baxa bilir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:106
embedMənbə:https://baku.ws
archiveBu xəbər 07 Yanvar 2026 00:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri