Edam cəzası güllələnmə yolu ilə icra edilib 15 ildən sonra ilk dəfə
Icma.az bildirir, Avtosfer portalına istinadən.
ABŞ-ın Cənubi Karolina ştatında 15 ildən sonra ilk dəfə edam cəzası güllələnmə yolu ilə icra olunub.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.
Edam edilən 67 yaşlı Bred Siqmon, 2021-ci ildə keçmiş sevgilisinin valideynlərini beysbol çubuğu ilə döyərək öldürüb və onu qaçırmağa cəhd edib.
Ştatda ölüm cəzasına məhkum edilən şəxslər edam hökmünün inyeksiya və ya elektrik stolu vasitəsilə icra olunmasını seçə bilərlər. Cani isə özü güllələnmə ilə edam cəzanı seçib.
Siqmonun ölüm vaxtı yerli vaxtla saat 18:08-də (Bakıvaxtı ilə 8 mart 03:08) qeydə alınıb. 1967-ci ildən bəri ABŞ-da yalnız üç nəfər bu şəkildə edam edilib. Hər üç hadisə Yuta ştatında qeydə alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 08 Mart 2025 21:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















