Eddi Hau: Qarabağ ın hücumameyilli və aqressiv oyun tərzi var
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Qarabağ"ın hücumameyilli və aqressiv oyun tərzi var".
Oxu.Az xəbər verir ki, bu barədə UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunundan əvvəl mətbuat konfransında İngiltərə təmsilçisinin baş məşqçisi Eddi Hau deyib.
O bildirib ki, "Qarabağ"ı İngiltərədəki hansısa klubla müqayisə etmək çətindir:
"Hər klubun özünəməxsus oyun tərzi var. "Qarabağ" da hücumameyilli oyunu ilə fərqlənən komandalardandır. "Qarabağ"ın heyətində konkret fərqləndirdiyim hansısa oyunçuları demək istəməzdim. Bir mütəxəssis əgər baş məşqçi kimi eyni komandada 17 il çalışırsa, demək böyük hörmətə layiqdir. Qurban Qurbanov gördüyü işlərlə ön plana gəlir. Düzdür, onun barəsində dərindən maraqlanmamışam. Lakin müəyyən məlumatlara sahibəm".
Qeyd edək ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində Tofıq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Nyukasl Yunayted" oyunu sabah saat 21:45-də start götürəcək.
Murad Nəsimi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:180
Bu xəbər 17 Fevral 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















