Icma.az
close
up
RU
Ədəbi gəncliyin parlayan “Ulduz”u

Ədəbi gəncliyin parlayan “Ulduz”u

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan ədəbi mühitində yarım əsrdən artıq tarixi olan ədəbi gəncliyin “Ulduz” jurnalı nəsillər arasında mənəvi körpüdür. Onun səhifələrində milli ruh, ədəbi yaddaş və müasir düşüncənin nəfəsi birləşib. Hər dövrün “Ulduz”u oxucusuna yeni ideyalar, fərqli baxışlar, cəsarətli qələmlər tanıdıb. İndi isə bu ədəbi ənənə sərhədləri aşır, Azərbaycan ədəbiyyatının beynəlxalq aləmdə nüfuzunu artırır.

“Ulduz” jurnalı 9-12 oktyabr tarixlərində İstanbulda, Rami Kitabxanasında təşkil olunan 16-cı Beynəlxalq İstanbul Dərgi Festivalında təmsil olunur. Festival mədəni dialoqun, müxtəlif ideyaların müzakirə meydanıdır. Azərbaycan ədəbiyyatının inkişafına, gənc yazarların yetişməsinə, yaradıcılığın təşviqinə xidmət edən jurnalın beynəlxalq tədbirdə iştirakı həm də milli mətbuat tariximiz üçün böyük önəm daşıyır.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin rəhbərliyi, “DƏRGİBİR” Birliyi və Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları tərəfindən təşkil olunan beynəlxalq sərgidə iştirak edən Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Həyat Şəmi bildirdi ki, bu cür tədbirlər, sözün və ideyanın sərhədləri aşmasına, müəlliflərlə oxucular arasında yeni əlaqələrin qurulmasına imkan yaradır:

- “Ulduz” jurnalının təqdimatında onun yaranma tarixi və fəaliyyət yolu barədə iştirakçılara ətraflı məlumat verdik. Qeyd etdik ki, jurnal 58 illik zəngin tarixə malikdir və yarım əsrdən artıqdır ki, Azərbaycan ədəbi mühitində fəal iştirak edir. Bu müddət ərzində “Ulduz” həm də yeni ədəbi cərəyanların formalaşması və bədii təcrübələrin paylaşılması baxımından əvəzsiz xidmət göstərmişdir. Təqdimat zamanı jurnalın ədəbi-bədii proseslərə təsirini iştirakçılara çatdırmağa çalışdıq, eləcə də “Ulduz”un inkişaf mərhələlərində mühüm dəyişikliklər, yaradıcılıq uğurları və diqqətçəkən hadisələri ətraflı izah etdik.

Bu il sərgidə mühüm yeniliklər olub, Avropa ölkələrində dərc olunan türkdilli jurnalların çoxsaylı stendlərinə yer ayrılıb. Sərgidə iştirak edən Bolqarıstanın Filibe şəhərində nəşr olunan “Nöbettepe” jurnalı ilə “Ulduz” jurnalı arasında dostluq və əməkdaşlıq yaratmaq qərarı aldıq. Qeyd etmək lazımdır ki, “Nöbettepe” Bolqarıstanda nəşr edilən yeganə türkdilli dərgidir və Balkanlarda türk ədəbiyyatının tanıdılmasında xüsusi rol oynayır.

Sərgi günləri boyunca bu əməkdaşlığın bütün təfərrüatları iştirakçılara təqdim ediləcək və jurnalın beynəlxalq platformada əlaqələrinin inkişafı diqqət mərkəzində olacaq.

Ümumiyyətlə, Azərbaycan ədəbiyyatı beynəlxalq aləmdə fəlsəfi dərinliyi və lirik zənginliyi ilə seçilir. Əvvəllər xarici oxucular ədiblərimizi tez-tez fars və ərəb yazıçıları ilə qarışdırır, milli ədəbiyyatımızın fərqli poetik ənənələrini ayırd edə bilmirdilər. Lakin indi Azərbaycan şairləri tanınır, əsərləri oxunur. Xarici oxucular Azərbaycan poeziyasının tarixi-mədəni konteksti ilə maraqlanırlar. Məsələn, Nizaminin, Füzulinin yaradıcılığında mənəvi dərslər, eləcə də Nəsimi yaradıcılığında əqidə və inancın yüksək fəlsəfi təqdimatı xarici oxucular tərəfindən böyük maraqla qarşılanır.

Fidan ƏLİYEVA
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:161
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Oktyabr 2025 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see317

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see308

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see303

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see276

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see259

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see192

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see192

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see176

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri