Icma.az
close
up
RU
Ədəbiyyat İnstitutu əməkdaşlarının il ərzində 76 kitab və monoqrafiyası çap olunub AZƏRTAC

Ədəbiyyat İnstitutu əməkdaşlarının il ərzində 76 kitab və monoqrafiyası çap olunub AZƏRTAC

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 10 dekabr, AZƏRTAC

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-dan bildirilib. İclasda Ədəbiyyat İnstitutunun 2024-cü il üzrə illik elmi hesabatı dinlənilib. İnstitutun elmi katibi dosent Aygün Bağırlı hesabatı təqdim edib. 2024-cü ilin Ədəbiyyat İnstitutu üçün elmi nailiyyətlərin əldə edilməsi baxımından əhəmiyyətli olduğunu qeyd edən məruzəçi hesabat ilində Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, habelə dövlət proqramlarının icrası ilə əlaqədar elmi müəssisələrə tapşırılmış işlərin yerinə yetirilməsi haqqında məlumat verib.

Prezident İlham Əliyevin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə bağlı institutun direktoru akademik İsa Həbibbəylinin “Yaşıl artım və dayanıqlı inkişaf”, “Yaşıl dünyamızı qoruyaq”, “Yaşıl dünya gözlərə nur verən elmin işığında” kimi elmi konfranslarda və Bakıda keçirilən COP29-da məruzələrlə çıxış etdiyini bildirib. Eyni zamanda, AMEA rəhbərinin Çin Xalq Respublikasına səfəri çərçivəsində Çinin Biomüxtəlifliyin Qorunması və Yaşıl İnkişaf Fondunun rəhbəri ilə görüşdüyünü, AMEA ilə təşkilat arasında əməkdaşlıq memorandumunun imzalandığını qeyd edib. Məruzəçi respublika və beynəlxalq tədbirlərdə institutun alim və mütəxəssislərinin iştirakı və məruzələri ilə bağlı məlumatları diqqətə çatdırıb.

Hesabat məruzəsində ölkə rəhbərinin “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” 2024-cü il 25 yanvar tarixli Sərəncamı ilə bağlı institutda görülən işlərdən də bəhs olunub. Qeyd edilib ki, “Məhəmməd Füzuli və Sultan Baho: Azərbaycan və Pakistan arasındakı ədəbi əlaqələr”, AMEA Rəyasət Heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər bölmələri və İraq-Azərbaycan Dostluq Cəmiyyətinin birgə təşkilatçılığı ilə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” adlı beynəlxalq elmi konfranslar, “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans, III Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Məhəmməd Füzuli-530” paneli və digər tədbirlər keçirilib, eləcə də Məhəmməd Füzuli irsini əhatə edən tədqiqat əsərlərinin təqdim olunmasının başlıca məqsədi Füzulini yenidən dünyaya Azərbaycan şairi kimi tanıtmaq olub.

Məruzəçi cari ildə institutda 2 istiqamət, 8 problem, 19 mövzu, 133 iş üzrə tədqiqat aparıldığını, onlardan 95 işin tamamlandığını, 38 iş üzərində tədqiqatların davam etdirildiyini bildirib. O, 2024-cü il üzrə mühüm elmi nəticələri əks etdirən, institutun alim və mütəxəssislərinin müəllifi olduğu bədii əsərlərin, dərsliklərin, tərcümələrin, konfrans materiallarının, təsir əmsallı jurnallarda dərc olunan məqalələrin, eyni zamanda, tərtib edilmiş kitabların siyahısını sadalayıb. Vurğulayıb ki, institut əməkdaşlarının 4-ü xaricdə olmaqla 76 kitab və monoqrafiyası, 249-u xaricdə, 18-i təsir əmsallı jurnallarda olmaqla ümumilikdə 1164 məqaləsi çap edilib.

Daha sonra institutun direktor müavini dosent Mehman Həsənli “Elektron Ədəbiyyat İnstitutu” 2024-cü ildə: nəticələr və perspektivlər” mövzusunda təqdimatla çıxış edib. O, akademik platformalarda işin təşkili və jurnalların elektron variantlarının yaradılması sayəsində Ədəbiyyat İnstitutunun virtual məkanda təbliğ edilməsi və müəssisənin rəqəmsal mühitə inteqrasiyası baxımından müəyyən hədəflərə nail olduğunu bildirib. Artıq müəyyən müddətdir ki, Ədəbiyyat İnstitutunun “Google scholar”da korporativ hesabının yaradıldığını, nəticədə humanitar elmlər sahəsində alimlərimizin məqalələrinə olan istinadların sayının artdığını vurğulayıb.

Tədbirdə çıxış edən AMEA Rəyasət Heyəti aparatının Humanitar Elmlər Bölməsinin Elmi şurasının sədr müavini akademik Teymur Kərimli Ədəbiyyat İnstitutunun hesabat ilində gördüyü işləri yüksək təqdir edərək interaktiv keçən hesabatı nümunəvi təqdimat kimi qiymətləndirib.

İclasda oncildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin VII cildinin I hissəsinin çapa təqdim olunması təsdiqlənib. Həmçinin “Azərbaycan mühacirət ədəbiyyatı kitabxanası” seriyasının VIII cildinin – Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan şairi Nizami” monoqrafiyasının və “İşıq adam” kitabının çapa təqdim edilməsi barədə qərar verilib. Eyni zamanda, Nemət Bəsirin “Əsərləri”nin çapa təqdim olunması qərarla təsdiqlənib.

Sonda akademik İsa Həbibbəyli humanitar və ictimai elmlərin qarşısında duran prioritet vəzifə kimi elektron elmin formalaşması istiqamətində fəaliyyətin dəstəklənməsinin vacibliyini qeyd edib. Bildirib ki, “Elektron Akademiya” artıq zərurətdir. Bu gün alimlər fəaliyyətini yüksək reytinqli elmi bazalarda yer alan jurnallarda məqalələrinin daha çox dərc edilməsinə yönəltməlidirlər. AMEA rəhbəri onu da vurğulayıb ki, hesabatların təqdim olunması mərhələsində dünya elminin yenilikləri və Azərbaycan elmi qarşısında qoyulan yeni çağırışlar mütləq nəzərə alınmalıdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azertag.az
archiveBu xəbər 10 Dekabr 2024 10:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see276

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see259

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see257

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see244

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see243

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see237

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see236

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see235

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see232

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see227

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see222

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see221

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see210

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see209

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see205

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see205

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see200

Üç ildən sonra ilk dəfə: Bu ölkə faiz dərəcələrini artırdı

29 Noyabr 2026 12:43see198

Rassel qalib oldu

28 Noyabr 2026 23:49see193

Bu bitkiləri çarpayınızın yaxınlığından götürün

29 Noyabr 2026 04:04see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri