Icma.az
close
up
RU
Ədəbiyyat İnstitutunda doktorantların dissertasiya mövzuları müzakirə edilib

Ədəbiyyat İnstitutunda doktorantların dissertasiya mövzuları müzakirə edilib

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 9 oktyabr, AZƏRTAC

Oktyabrın 9-da AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclası açan AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin “Yusif Səmədoğlunun 90 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 4 sentyabr tarixli Sərəncamı və qarşıda duran vəzifələr barədə danışıb. O, müvafiq Sərəncama əsasən Ədəbiyyat İnstitutunda “Azərbaycan” jurnalı ilə birgə Xalq yazıçısı Yusif Səmədoğluya həsr olunan elmi sessiyanın keçiriləcəyini və tədbirin materiallarının bu jurnalda dərc olunacağını bildirib. Yazıçının ictimai və ədəbi mövqeyindən bəhs edən akademik İsa Həbibbəyli Yusif Səmədoğlunun dərin ictimai-mənəvi məzmunlu əsərləri, hekayələri, romanları ilə ədəbi prosesdə silinməz iz qoyduğunu vurğulayıb. Onun “Qətl günü” romanının ədibə Azərbaycanın hüdudlarından uzaqlarda da şöhrət qazandırdığını söyləyib.

Daha sonra institutun Təhsil şöbəsinin müdiri dosent Günay Qarayeva 2025-ci il üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri haqqında məlumat verib. Bildirib ki, cari ildə 12 yerə ümumilikdə 23 nəfər namizəd sənəd verib və onlar xarici dil imtahanına buraxılıb. Xarici dil imtahanında iştirak edən 23 nəfərdən 9-nun nəticəsi məqbul hesab edilərək növbəti mərhələyə buraxılıb. Beləliklə, qəbul planı üzrə “Azərbaycan ədəbiyyatı” ixtisasına 2 nəfər, “Ədəbiyyat nəzəriyyəsi” ixtisasına 1 nəfər, “Türk xalqları ədəbiyyatı” ixtisasına 1 nəfər, “Dünya ədəbiyyatı” ixtisasına 3 nəfər qəbul edilib.

Akademik İsa Həbibbəyli bu il fəlsəfə doktorluğu hazırlığı üzrə Ədəbiyyat İnstitutuna qəbul olunan doktorantlarla tanış olub, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

İclasda doktorantların dissertasiya mövzuları müzakirə edilib. Mövzular ətrafında fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Daha sonra elmi katib dosent Aygün Bağırlı çap və müsabiqə məsələləri ilə bağlı çıxış edib.

Tədbirdə “Tuti” (1914-1917) jurnalının müasir əlifbada, Əzizullah Aralın “Əfqanıstanda Nəvaişünaslıq (mənbələrin təsviri və təhlili)” monoqrafiyasının, dosent Safurə Quliyevanın “Ədəbi yaddaş – əbədi yaddaşımız”, filologiya elmləri doktoru Əlizadə Əsgərlinin “Ədəbiyyat İnstitutu 2013-2017-ci illərdə”, XX əsr (sovet dövrü) Azərbaycan ədəbiyyatı şöbəsinin böyük elmi işçisi Dilarə Adilovanın “Söz səfərinin sarvanları” kitablarının, eləcə də Uşaq ədəbiyyatı şöbəsində hazırlanan “Uşaq ədəbiyyatında Zahid Xəlil imzası” monoqrafiyasının və dosent Solmaz Həyatovanın “Süleyman Sani Axundovun həyatı, mühiti və yaradıcılığı” monoqrafiyasının “Sənətkarın elmi pasportu” seriyasında çapa tövsiyə olunmalarına dair qərarlar qəbul edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Oktyabr 2025 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see216

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see195

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see187

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see180

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see163

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see163

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see152

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see150

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see143

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see140

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see133

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see132

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see129

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see126

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri