Ədəbiyyat Muzeyində WUF13 çərçivəsində seminar məşğələsi keçirilib
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində maarifləndirici seminar məşğələsi keçirilib.
Muzeyin elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru İlhamə Gültekin “Ağqoyunlular və Səfəvilər dövründə Diyarbəkir surlarının bərpası – kitabə və qabartmalar” mövzusunda məruzə ilə çıxış edib. O, qeyd edib ki, Türkiyənin Diyarbəkir bölgəsinin tarixi məskunlaşma dövrü miladdan öncəki zamana aid edilsə də, şəhərin dəqiq tarixi hələ də müəyyənləşməyib.
Daha sonra məruzəçi şəhərin toponimika tarixinə nəzər salaraq müxtəlif əsrlərdə və hakimiyyətlər dövründə şəhərin necə adlandırılması haqqında məlumat verib, 1937-ci ildə Mustafa Kamal Atatürkün sərəncamı ilə bölgədəki mis mədənlərinə istinadən şəhərin “Diyarbakır” adını qazandığı vurğulanıb.
Bildirilib ki, şəhərin qədim divar və qüllələrində, şurlarında tapılan çoxsalyı kitabələr Bizans, islam və islamdan öncəki zamana aid olması ilə fərqlənir.
İlhamə Gültekin qeyd edib ki, XV-XVI əsrlərdə Ağqoyunlu, Səfəvi şahlarının hakimiyyəti altına keçən Diyarbəkirdə həmin dövrə aid xeyli kitabə də aşkar olunub.
Dövrünün önəmli tikililəri içərisində “Şeyx Matar məscidi” və “Dörd ayaqlı minarə”ni qeyd edən məruzəçi, minarənin Hənəfi, Şafi, Maliki və Hənbəli məzhəblərini simvolizə etdiyini vurğulayıb. Qeyd edib ki, Səfəvilər dövrü memarlığının əsas xüsusiyyətlərini özündə daşıyan Diyarbəkirin Bismil adlanan rayonu, məhz Ağqoyunlu və Səfəvi hakimiyyəti dövründə burada məskunlaşan türkman tayfaları tərəfindən salınıb.
Seminar məşğələsi muzey əməkdaşlarının sual və çıxışları ilə davam edib.
Qabil YUSİFOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:182
Bu xəbər 20 May 2026 18:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















