Icma.az
close
up
RU
Ədəbiyyata sevgi, elmə vicdanla xidmət örnəyi

Ədəbiyyata sevgi, elmə vicdanla xidmət örnəyi

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Muxtar İmanov – 70

Ölkənin elmi-ədəbi ictimaiyyəti tanınmış ədəbiyyatşünas, akademik Muxtar Kazım oğlu İmanovun anadan olmasının 70 illiyini qədirbilənliklə qeyd edir. Nüfuzlu müəlliflərimiz sırasında mötəbər yeri olan Muxtar müəllimi“Xalq qəzeti”nə tələbəlik-aspirantlıq dövrü dostlarının, yaxın qələm yoldaşlarının redaksiyamızda çalışması daha möhkəm bağlayıb. Onun həyatının əlamətdar hadisəsini sevgi-sayğı ilə qeyd edənlərə bizim də həssaslıqla qoşulmağımız tamamilə təbiidir.

Muxtar Kazımoğlu ilə mənim  və redaksiyada çalışan tələbə yoldaşlarımın tanışlığı keçən əsrin 70-ci illərinin sonlarına düşür. BDU-nun jurnalistika və fililogiya fakültələrinin profil yaxınlığı, müəllimlərimizin əksəriyyətinin eyni insanlar olması bizi kurs-kurs, qrup-qrup deyil, ayrı-ayrılıqda da yaxınlaşıb dostlaşdırmışdı. Muxtar İmanov bizdən qabaq filolofiya fakültəsini bitirib Naxçıvan MR Şərur rayonunun Həmzəli kənd səkkizillik məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işlədi.

Biz yuxarı kursda olanda Bakıya qayıtdı, doğma universitet yataqxanasına gəlib AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiran­turasına qəbul imtahanları verdi və ədəbiyyatşünaslıqla məşğul olmaq arzusuna qovuşdu. Aspirantlar yataqxanasında yerləşəndən sonra da tez-tez yataqxanamıza, bibisi oğlu Əliyə, eləcə də bizə baş çəkməyə gələrdi. Onun hər dəfə artıq elmlər namizədi olan tələbəlik yoldaşı Kamran Əliyevlə gəlişini Əlidən çox biz gözləyərdik. 

Balaca və kasıb bir tələbə süfrəsü  ətrafındakı səmimi  söhbətlərin dadı-duzu heç vaxt unudulmadığı kimi, təəssüratları da harada olub-olmamağımızdan asılı olmayaraq ortaq xatirələrimizdə yaşadı. Hətta çox sonralar rəhmətlik Kamran müəllim elmlər doktoru, professor olanda belə Muxtar müəllimlə keçirdiyi tələbəlik dövründən ayrıla bilməyərək yazırdı: “Tələbəliyimiz gözlərim qarşısından bir kino lenti kimi keçir. Bəlkə, bir az kasıb yaşamışıq, bəlkə atamızın göndərdiyi cibxərcliyi ayın bu başından o başına güclə yetib, amma qəribədir ki, həmin dövrün mənə və ona aid kasıblığı yaddaşımda iz salmayıb”. Doğrudan da tələbəlik illərinin o kasıblığını heç birimiz həyatımıza ağrı-açı kimi yazmadıq. Üstəlik ruhu şad olsun, Kamran müəllimin sözünə qüvvət, o “kasıb illəri” taleyimizin ən xoşbəxt günləri bildik.  

İndi, az qala, 50 il sonra bu təəsüratlara qayıtmağımın da səbəbgarı kimi Muxtar müəllimin heç də “kasıb” olmayan həyat və yaradıçılığına 70 yaşının pəncərəsindən baxmağım oldu. Bu illərin böyük uğur və təntənəsi ilə yanaşı çox ağır itkilərimiz də oldu. Ən əziz insanları-valideyinləri, qardaş-bacıları, dostları və daha əziz olanları itirdikcə dolu ürəklərimiz boşaldı, boş yuvaya döndü. Amma həyatda qazandıqlarımız hamımızı çox ağır imtahanlardan sonra da böyük uğurlar üçün səslədi: müstəqilliyimizi, Böyük qələbəni gördük, süverən Azərbaycanın vətandaşları olduq... 

İndi 70 yaşlı, içi sevgi dolu bir nurani insanla (bəlkə də 50 il əvvəl olsaydı nirani qaça yazardım) üzbə-üz olmağın ləzzəti, onun həyat dastanını (folklorşünas haqqında ancaq belə deyilə bilər) vərəqləmək isə bambaşqadır.  28 may 1955-ci ildə Naxçıvan MR Şərur rayonunun Axura kəndində anadan olan Muxtar İmanov universiteti bitirdikdən sonra, aspiran­turada təhsilini davam etdirmiş, namizədlik və doktorluq dissertasiyası müdafiə etmiş, dosent, professor elmi adlarına yiyələnmiş, 2014-cü ildə  Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2017-ci ildə həqiqi üzvü seçilmişdir. 

70 illik şərəfli ömün çox qısa tarixcəsi bu olsa da onun təkcə hər ilində yox, həm də hər günündə zəngin bir ömrün fəaliyyəti yaşayır. Aspirantura təhsilindən sonra, 1983-1992-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunun Mifologiya şöbəsində kiçik elmi işçi, elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmışdır. 1992-2000-ci illərdə “Yazıçı” nəşriyyatının baş redaktoru olmuşdur. 

2001-2003-cü illərdə AMEA “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzində böyük elmi işçı, Mərkəz 2003-cü ildə Folklor İnstitutuna çevrildikdən sonra Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi kimi fəaliyyət göstərmişdir. 2011-ci ildən 2024-cü ilədək AMEA Folklor İnstitutunun direktoru olmuşdur. 2024-cü ilin iyun ayından etibarən əmək fəaliyyəti büsbütün Azərbaycan Dilər Universiteti ilə bağlamış, hazırda da universitetdə Azərbaycan ədəbiyyatı kafedrasının müdiridir.

Muxtar müəllim 2011-ci ildən 2024-cü ilədək “Folklorşünaslıq” ixtisası üzrə Dissertasiya Şurasının və Folklor İnstitutu Elmi Şurasının sədri olmuşdur. 2011-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzində (əvvəlki TQDK) Ədəbiyyat fənni üzrə Elmi-metodiki seminarın rəhbəri və Ekspert şurasının sədri kimi fəaliyyət göstərmişdir. 2012-ci ildə İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü seçilmiş, 2017-ci ildən 2023-cü ilədək  şuranın sədri kimi çalışmışdır. 

Muxtar müəllim ədəbiyyatşünaslıq və folklorşünaslığa aid çoxsaylı əsərlərin müəl­lifidir.  Onun Azərbaycan nəsrində psixologizm probleminin nəzəri əsaslarının müəyyənləş­diril­məsinə, Azərbaycan xalq gülüş mədəniyyəti ilə bağlı elmi konsepsiyanın yaradılmasına, folklor və yazılı ədəbiyyat əlaqələri ilə bağlı mübahisəli məsələlərin araşdırılmasına, şifahi və yazılı söz sistemlərindəki özünəməxsus qanunauyğunluqların üzə çıxarılmasına, eposun qeyri-səlis məntiq nəzəriyyəsi baxımından öyrənilməsinə, folklorşünaslığın bir sıra digər aktual problemlərinə həsr edilən 12 kitabı, 300-dən artıq elmi məqaləsi, eləcə də çoxsaylı publisistik yazıları nəşr olunmuşdur. 

Muxtar İmanovun elmi araşdırmaları arasında psixologizm problemi ilə, xalq gülüş mədəniyyəti ilə bağlı monoqrafiyaları konseptuallığı baxımından humanitar-filoloji elmimizdə xüsusi rezonans doğur­muş, eyri-səlis məntiqin eposa tətbiqi sahəsindəki araşdırmaları multidissiplinar tədqiqatların nümunəsi kimi diqqət mərkəzində olmuşdur.

Folklorun toplanması, tərtib və nəşr olunması ilə ardıcıl məşğul olan alim bu sahədə bir çox kitabların, o cümlədən “Bu yurd bayquşa qalmaz”, “Zəngəzur folkloru”, “Şərur folklor örnək­ləri”, “Gədə­bəy folklor örnəkləri”, 10 cildlik “Qarabağ: folklor da bir tarixdir”, 16 cildlik “Güney Azərbaycan folkloru”, 4 cildlik “Qərbi Azərbaycan folkloru”, “Şifahi sənət və yazılı ədəbiyyat” toplularının layihə rəhbəri və tərtibçilərindəndir. Müasir texniki vasitələrlə, dünya standartlarına uyğun şəkildə toplanan və çap olunan materiallar Azərbaycan folklorunun yeni əsaslarla öyrənilməsində əvəzsiz qaynaq rolu oynayır. 

Qarabağdan toplanmış 30-a yaxın nağıl süjetinin beynəlxalq Aarne-Tompson kataloqunda qarşılığının olmaması onu deməyə əsas verir ki, Muxtar İmanovun rəhbərliyi ilə 2011-ci ildən AMEA Folklor İnstitunda başlanan toplama, tərtib, nəşr və tədqiq işləri dünya folklorşünaslığında janrlar üzrə elmi təsnifatların aparılması baxımından da mühüm əhəmiyyət daşıyır. 

Muxtar müəllimin elmi fəaliyyəti daim böyük maraq doğurmuş, onun elmi uğurları tanınmış alimlər və ictimai xadimlər tərəfindən yüksək qiymətləndirilmişdir. 

AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli: Muxtar İmanovun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” əsəri Azərbaycan folklorşunaslığında müstəqillik dövründə meydana çıxmış ən sanballı monoqrafik əsərlərdən biri kimi mühüm əhəmiyyət daşıyır. 

Xalq yazıçısı, akademik Kamal Abdulla: “Muxtar Kazımoğlunun 70 yaşı tamam olur. Ədəbiyyat nəzəriyyəsini, ədəbi tənqidi, ədəbiyyat tarixini, folkloru öz timsalında birləşdirənlər nadir elm fədailərindəndir ki, onların arasında Muxtar müəllim xüsusi yer tutur.

Bu gun Azərbaycan filologiyasında, mədəniyyətində, təlim-tərbiyəsində Muxtar Kazımoğlu faktorunun (ölçüsünün) mövcudluğunu məsuliyyətlə qeyd etmək olar. Bu ölçünün göstəriciləri məsuliyyət, professionallıq, analitik təfəkkürün dərinliyi və genişliyi, səmimilik, insanlıq və bu qəbildən olan digər amillərdir”.

Türkiyənin Egey Universitetinin professoru, Türk Dünyası Araşdırmalar İnstitutunun yaradıcısı Fikrət Türkmən: “Kazımoğlu yalnız Azərbaycan elmi mühitində deyil, bütövlükdə türk dünyasında tanınan bir alimdir. Onun elmi əsərləri mədəniyyətlərarası əlaqələrin öyrənilməsi baxımından böyük əhəmiyyət daşıyır, Türk Dünyasına və türkoloji elminə dəyərli töhfədir, gələcək nəsil tədqiqatçılar üçün möhkəm bir elmi bazadır”.

Ədəbiyyatşünas, professor Nizami Tağisoy: “Muxtar Kazımoğlunu tanıdığım vaxtdan mən onda “fədakarlıq” və “ciddilik” kimi keyfiyyətləri çox görüb müşahidə etmişəm. O, elmə, folklora, folklorşünaslığa, ədəbiyyata, ədəbiyyatşünaslığa, sənətə, sənətşünaslığa daim qayğı və sayğı ilə yanaşıb. Nailiyyətləri bütün istiqamətlərdə əsaslı olsa da, folklora xidmət, folklorşünaslıq sahəsində araşdırmalarda daha çox görünüb, amma hikkədən, mənəmlikdən, xudpəsəndlikdən kənar olub”.

Ədəbiyyatşünas, professor Rüstəm Kamal: “Muxtar Kazımoğlunun kitablarını, tədqiqatlarını oxumaq Azərbaycan folklorşunaslığının tarixindən, inkişaf yollarından və problemlərindən söhbət açmaq imkanıdır”.

Tələbəlik dostu, Əməkdar jurnalist Tahir Aydınoğlu: “Muxtar müəllim 16 cildlik Güney Azərbaycan folkloru seriyasına rəhbərlik edib. Onun elmi fəaliyyəti çağdaş Azərbaycan nəsrinin ideya-sənətkarlıq məsələlərindən tutmuş, xalqın yaşı bəlli olmayan ağız ədəbiyyatının inkişaf yolu, nəzəri tədqiqnin incəliklərinədək geniş bir arealı əhatə edir. 

Muxtar İmanov istənilən araşdırmasında, hər hansı bir ədəbi-bədii fakta münasibətində yeni baxış ortaya qoyur, mülahizələrini arqumentləşdirir. ali öz tezisinə inandırmağı bacarır və mövzunun genişləndirilməsi üçün yeni araşdırmalara da meydan açır. Onun elmi təhkiyəsində və təhlillərində akademizm nəzəri mülahizələrin yığcamlığını, sistemliyini, konkretliyini yüksək bir fəzaya qaldırmaqla üçlçülü görüntü yaradır. Buna optikada qalaqramma effekti deyilir.

Muxtar İmanovun insanlar və hadisələr barədə publisistik təqdimatı da obyektiv (sübutlu), ictimai məzmunlu, obrazlı və səmimidir. O estetik dəyəri elmi-nəzəri və yeri gələndə publisistik güzgüdə zərrəbinlə nəzərdən ekeçirir, mənəvi ( məfkurəvi) tərəzidə qram dəqiqliyi ilə çəkir.

Şair- publisist, Əməkdar jurnalist Adil Cəmil: “ Muxtar müəllimin ad-soyadı ilə elmə gerçək bir alimin nəfəsi gəldi. Muxtar İmanovun bir çox əsərləri xarici ölkələrdə çap edilmişdir. O, Almaniya, Fransa, Rusiya, Türkiyə, Gürcüstan, Kipr və digər ölkələrdə keçirilən çox sayda beynəlxalq elmi sim­pozium, konfrans və konqreslərdə məruzə ilə çıxış etmişdir. Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu və YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının beynəlxalq xarakterli 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qaliblərindən olmuşdur. Onun rəhbəri olduğu “Türk xalqlarında dövlət simvol, etiket, mərasim və bayramlarının folklor baxımından genezisi” layihəsi (2015-2016) AMEA Rəyasət Heyətinin  qərarı ilə AMEA-nın elmi-tədqiqat proqramları sırasına daxil edilmiş və uğurla icra olunmuşdur. Onun elmi rəhbərliyi ilə 13 fəlsəfə doktoru və 3 elmlər doktoru yetişmişdir.

Bütün bu səmimi, dəyərli, ünvanlandığı insana  ana südü kimi halal sözlərə əlavə olaraq bildirək ki, Muxtar müəllimin ictimai, elmi və elmi-təşkilati fəaliyyəti dövlət qurumlarının, eləcə də elmi və ictimai təşkilatarın fəxri fərmanları, diplom, mükafat, təşəkkür və tərifnamələri ilə qeyd edilmişdir. Elmin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Fəxri diplomuna və AMEA Rəyasət Heyətinin Fəxri fərmanına, Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutunun “Bilim Onur Ödülü”nə layiq görülmüşdür. Mahmud Kaşğari adına Bey­nəlxalq Fondun “Mahmud Kaşğari”, Qazaxıstanın Əl-Fərabi adına Milli Uni­versitetinin yubiley medalı, “Bakı Dövlət Universitetinin 100 illiyi” yubiley medalı, Qafqaz-Media İctimai Birliyinin "Heydər zirvəsi", “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin “Aşıq Ələsgər-200”, Kərkük Kültür Dərnəyinin “Kərkük mədəniyyətinə, ədəbiyyatına və folkloruna xidmət”, “Heydər Əliyevin 100 illiyi” medalı ilə təltif olunmuş, Özbəkistanın Miqumi adına Kokand Dövlət Pedaqoji İnstitutunun “Fəxri professor”u adına layiq görülmüşdür.

Muxtar Kazımoğlunun zəngin həyat yolu xalqımıza, mədəniyyətimizə və mənəviyyatımıza verdiyi dəyərli töhfələrlə ölçüyəgəməz dərəcədə zəngindir. Onu 70 yaşı - 70 il isə sadəcə rəqəm deyil,  hikmətin, zəhmətin, vətənpərvərliyin və nüfuzun yeni zirvəsidir. Yeni zirvən mübarək, professor! Belə bir zirvəyə çatmaq hər kəsə nəsib olmur...

Namiq QƏDİMOĞLU,
Əməkdar jurnalist
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 May 2025 23:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Deyirlər, ölürəm, çox vaxtım qalmayıb... Kadırov

27 May 2025 12:00see218

II qrupun ən yüksək keçid balı olan ixtisasları açıqlandı

27 May 2025 19:26see148

AzMİU da “Təhsildə İdarəçilik Forumu 2025” keçirilib

27 May 2025 16:51see145

Türkiyədə ən zəhərli ilanlardan biri görüntüləndi

28 May 2025 06:42see133

Nazirliyin qərarı narazılıq yaratdı: Lisey və gimnaziyalara qəbul niyə dayandırılıb?

28 May 2025 18:46see133

Neandertal sənətkarın əsəri: 43 min illik barmaq izinin sirri açıldı

28 May 2025 03:37see127

Bakıda böyük SÖKÜNTÜ OLACAQ Bu şəxslərə…

27 May 2025 08:04see126

İlham Əliyevdən 28 Mayla bağlı paylaşım Foto

28 May 2025 00:18see121

Qədim şəhər qum altında qalma təhlükəsi ilə üzləşib

27 May 2025 19:57see121

Peter Mixalko: Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq daha da güclənməkdədir

28 May 2025 02:33see120

Strasburq Böyük Məscidinin Prezidenti: İslamofobiya geniş auditoriyaya malik media vasitələri tərəfindən də yayılır

27 May 2025 19:26see120

Yaponiyada baş nazirin ofisinin ərazisinə radioaktiv torpaq töküləcək

27 May 2025 16:51see119

Sakinlərin nəzərinə: Bu evlər sökülə bilər Qərar gözlənilir...

27 May 2025 06:04see119

Koronovirus geri qayıdır? Hindistanda yenidən yayılıb…

28 May 2025 09:40see118

Fransa və Vyetnam arasında 9 milyard avroluq müqavilə imzalanıb

27 May 2025 07:57see116

A Seriyasının bombardiri iki klubun hədəfində

28 May 2025 02:17see116

“Yuventus” Konte ilə danışıq aparır

27 May 2025 10:48see114

Zelenskinin buna cəsarəti çatmasa, Ukrayna məğlub olacaq Ekspert

27 May 2025 19:21see114

Polşada Çelsi və Betis klublarının azarkeşləri arasında dava düşdü

28 May 2025 14:22see113

Laçın hava limanı hansı üstünlükləri vəd edir? AÇIQLAMA

28 May 2025 13:32see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri