Icma.az
close
up
RU
Ədəbiyyatımızın Qoca Qartalı...

Ədəbiyyatımızın Qoca Qartalı...

Icma.az, Xalqcebhesi saytına istinadən bildirir.

Əlisa Nicat- 89
Elə qocalar var ki, necə deyərlər, bir ayağı burada, bir ayağı gorda olmasına baxmayaraq, yenə də kimdən və ya nədənsə qorxurlar. Həqiqəti dilə gətirməkdə acizdirlər. Amma elə qocalar da var ki, dünyanı dərk etdikcə, ölüm yaxınlaşdıqca daha da cəsarətlənirlər, həqiqəti söyləməkdə daha qorxmaz olurlar. Belə qocalardan biri də yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatdır. Bu gün, avqustun 10-u onun 89 yaşı tamam olur. Elə bu səbəbdən də, budəfəki söhbətimi ona həsr etmək istəyirəm. Amma gəlin əvvəlcə bu qocaman yazıçının ömür yoluna nəzər yetirək...
O, 1936-cı ildə Lerik rayonunun Zuvand mahalının Yuxarı Gədik kəndində dünyaya gəlib. 1955-ci ildə Lənkəran şəhərində 3 saylı orta məktəbi bitirib. 1963-cü ildə indiki Bakı Dövlət Universitetinin filologiya fakultəsinin kitabşünaslıq şöbəsində ali təhsilə yiyələnib. 1967-1969-cu illərdə Azərbaycan radiosunun "Gənclik" və "İncəsənət" redaksiyalarında, ardınca “Ekran” telefilm birliyində fəaliyyət göstərib. 1973-1983-cü illərdə “Elm və həyat” jurnalında redaktor və şöbə müdiri vəzifələrində çalışıb. 1983-1990-cı illərdə Lənkəranda yaşayıb və bu dövrdə "Zərdüşt", "Əsarət bayramı", "Gərəksiz" povestlərini qələmə alıb, Plutarxın "Makedoniyalı İskəndər", Məhəmməd Tahirin "Şeyx Şamil" kitablarını tərcümə edib. 1987-ci ildə povest və hekayələrin toplandığı “Qəbilə başçısı” kitabı, 1990-cı ildə “Gəncəli müdrik” romanı çap edilib. SSRİ-nin süqutundan və müstəqilliyin əldə edilməsindən sonra 1993-1994-cü illərdə "Turan" jurnalını nəşr etdirib. Müstəqillik dövründə "Nağıllara dönən tarix", "Ruhların söhbəti", "Dünya sərkərdələri", "Dünya filosofları", "Kədər şərabı", "Dünya tarixçiləri", "Yüz böyük Azərbaycanlı", "Karvan", "Tarixin qürubu" kimi kitabları çap edilib. Eyni zamanda bu dövr ərzində ölkənin tanınmış mətbu orqanlarında çalışıb...
Müsahibələrindən birində deyir ki:- “Mən orta məktəbdə əlifbanı öyrənən gündən oxumağa həvəs göstərmişəm. Kitablar mənə çox əziz olub. Yadımdadır, rəhmətlik atam mənə pul verən zaman kitab alardım. Pullarımı xərcləməzdim, yığaraq kitab alar və gecə-gündüz maraqla oxuyardım. Kitab oxumağımla heç ətrafımda olan insanlar belə maraqlanmırdı. Amma mən oxuyurdum. Kitab oxuyarkən rahatlıq tapırdım. Yaxşı yadımdadır, atam həmişə nağıllar danışardı, mən də həvəslə qulaq asardım. Elə olurdu ki, bu nağıllar bir neçə gün davam edirdi. Onları yadda saxlamaq belə olmurdu. Amma atam həmin nağılları iti hafizısinə həkk etmişdi. Anam bizə kitabları höccələyə-höccələyə oxuyardı. Elə olurdu anamdan əl çəkmirdim ki, mənə kitab oxu. Bax, beləcə, mən kitaba bağlandım. Düşünürəm ki, bu, genetik faktordan da asılıdır. Oxuduqca beynimdə biliklər zənginləşirdi və düşünməyə məcbur olurdum. Nəticədə yazmağa həvəsim artdı. Bu isə yaradıcılıqla nəticələndi. Hətta deyə bilərəm ki, ilk yazdığım şeirin adı “Armud ağacı” idi. “Ədəbiyyat” qəzetində çap olunan ilk şeirim “Bircə söz” idi. Bu şeir “Ədəbiyyat” qəzetində 1955-ci ildə çap olunub...”
1959-cu ildə yazmağa başladığı "Qızılbaşlar" romanını dövrün yaratdığı əngəllər ucbatından yalnız 1983-cü ildə "Yazıçı" nəşriyyatında çap etdirə bilib. 1961-ci ildə "Gecəniz xeyrə qalsın, ulduzlar" adlı ilk hekayəsi, 1964-də ilk şeirlər kitabı olan "Yay axşamı", 1970-ci ildə isə "Bir qız, üç çinar" adlı ilk hekayələr kitabı nəşr edilib. 1999-cu il aprelin 28-də AMEA-nın Fəlsəfə və Hüquq institutunun elmi şurasının qərarı ilə ona səmərəli elmi və elmi-maarifləndirmə fəaliyyətinə görə Fəlsəfə elmləri üzrə Fəxri Doktor adı verilib. Bütün külliyyatı 50 cilddən ibarətdir. Bundan başqa çox sayda tərcümələri, şeirləri, esseləri, povestləri var...
“Yazmaq və oxumaq mənim daxilimdən gələn bir tələbat və ilahi vergidir deyə düşünürəm. Bəli, özümü yaradıcılıqda gördüm. Buna həvəsim böyük idi və bu yolu seçdim. Bu gün isə bu yolu seçdiyim üçün peşman deyiləm. Əksinə, sevinirəm. Mən, hətta hərbi xidmətdə olmamışam. Çünki fiziki cəhətdən çox zəif idim. Ömrüm boyu heç bir təşkilat və partiyanın üzvü olmadım. Sizə deyə bilərəm ki, məni gənclik illərimdə tədbirlərə dəvət edirdilər, mən isə getmirdim. Hətta bir neçə dəfə kommist partiyasına üzv olmaq üçün mənə müraciət etdilər, amma qəbul etmədim. Yaradıcılığımı hər şeydən üstün tutdum. Sadəcə, yaradıcılığımla məşğul oldum. Bu yolla irəlilədim. Qələmə sarılaraq yazıb-yaratdım. Bu baxımından da özümü başqa sahədə görə bilmədim. Çünki həvəsim olmadı. Mən pul arxasınca yox, həvəsimin arxasınca getdim. Bu yolda öz heykəlimi özüm yaratdım. “Elm və Həyat” jurnalında, bir neçə radio və redaksiyalarda işlədim.”- söyləyir.
Ağıllı, cazibədar və səmimidir, sevdiklərinə qarşı səxavətlidir. Yüksək sosial uyğunlaşma qabiliyyətinə malikdir və cəmiyyətin bütün səviyyələrinə uyğunlaşa bilir. Həyatda öz istəklərinin fərqində olan və həmişə daha yaxşı olmağı hədəfləyən birisidir. O, istəklərini sadəcə arzu olaraq saxlamır, adətən qarşısına qoyduğu məqsədlərə çatır. Həyatındakı fədakarlığı, ağıllı və ayıq rəftarı, bir çox insandan daha bacarıqlı olması onu məqsədlərinə asanlıqla çatdırır. Həm zehni, həm də fiziki olaraq daim axtarışdadır. Yeni şeylər öyrənməyə və özünü təkmilləşdirməyə meyllidir...
Deyir ki:- “Əminliklə söyləyirəm; köməyimə çatan və mənə şöhrət qazandıran beynim oldu. Beynimin sayəsində bu günün Əlisa Nicatı oldum. Kitab və qələmin həyatımda oynadığı rolu danmıram. Gərək nəsə olsun ki, qələmə alıb, kitab çap edərsən. Beynim sayəsində çox uğurlara imza ataraq qalaq-qalaq əsərlər çap etdirdim. Bunu uca Allahın mənə bir hədiyyəsi və lütfü kimi qəbul edirəm. Beynimdə çoxlu fikirlər cəmləşdi və qələmə sarıldım. Bu zaman köməyimə fəlsəfə gəldi. Dünyada ondan gözəl sığınacaq, təsəlli verən nə var? Fəlsəfəyə böyük maraq göstərdim və bu sahədə çoxlu araşdırmalar apardım. Bir sözlə, həvəsim böyük oldu. Hətta elə olub ki, bir aylıq məvacibimi kitab çapına vermişəm. Bununla yanaşı, kitab çap etdirə bilmədiyim vaxtlar da olub. O günlər məni çox üzüb. Mən evimi belə kitab çap etdirmək üçün satdım. Sonradan bu kitablarım mənə qazanc gətirdi və özümə ev ala bildim. Bir sözlə, deyə bilərəm ki, əsas köməyimə beynim, qələmim və yazdığım kitablar gəldi...”
Çox iti ağıllıdır. Gördüyü hər yeri və hər hadisəni əzbərləməyə çalışır. Onun danışa biləcəyi və qarşı tərəfin dinləyəcəyi çoxlu xatirələri var. Mühafizəkar, ağıllı, möhkəm ailə bağları olan, sadiq, ünsiyyətcil, bacarıqlı və cazibədar şəxsdir. Zəngin təcrübəsi var, dünyagörüşü genişdir. Üzüyola adam deyil, kiməsə yarınmaqdan uzaqdır. Həqiqəti şapalaq kimi üzə çırpa bilir. Simpatik davranışı ilə insanların könlünü fəth etsə də, bəzən aqressiv mövqe sərgiləyir. Bu da, ona necə deyərlər, düşmənlər qazandırır...
“Mən yalan danışa və bəziləri kimi ola bilmərəm. Mənim üçün həqiqət təkdir və onu heç nəyə dəyişmərəm. Sovet dönəminin adamlarından Mircəfər Bağırov və Nəriman Nərimanovdan başqa heç kimi tərifləməmişəm. Bir də təbii ki, M.F.Axundov ilə Üzeyir bəydən başqa. Axundov haqqında saysız-hesabsız fəlsəfi əsərlər yazmışam. O, dünya dramaturgiyasında xüsusi yeri olmuş bir yazıçıdır. Mən onu yalnız Şekspirlə müqayisə edə bilərəm. Şillerdən filan, hamısından yüksəkdir. Sovet Azərbaycan ədəbiyyatında 20-ci ildən 90-cı ilə qədər, ümumi götürsək, 70 il heç nə yazılmayıb. Tək-tük istisnaları çıxsaq, daha dəqiq desəm, C.Cabbarlı, Ordubadini. Bir sözlə, 10-15 cilddən başqa qalan nə əsər varsa, heç biri ədəbiyyat deyil. Həmin dönəmlərdə ədəbiyyat adına heç nə yazılmayıb. Çünki başdan-başa Lenin, Stalin, Kommunist partiyası təbliğ olunub, sifarişlə kitablar yazılıb. Sizə bir maraqlı fakt deyim. Dünyada Sovet vaxtı Kommunist partiyasına ən çox əsər Azərbaycanda yazılıb. Dünyada ha. Ən çox əsər Azərbaycanlı şairlər tərəfindən yazılıb...”- söyləyir.
Səs-küyü, uzun-uzadı mübahisələri sevmir. Onun üçün sakitlik əsas şərtdir. Tək qalmağı, sakit bir otaqda yaradıcılıqla məşğul olmağı xoşlayır. Sakitliyi yaradıcılıq üçün münbit mənbə hesab edir. Əgər qayğı göstərdiyi insanlardan gözlənilməz bir zərbə alırsa, çox yorulur, amma kədərini ifadə etmir. Yumoristik danışıq tərzi və mərhəməti ilə seçilən dost tipidir. Həmişə hər mövzuda və hər vəziyyətdə deyəcək bir sözü var. Canlı, şən və mehriban rəftarı ilə fərqlənir. Münasibətlərində sadiq və etibarlıdır. Allaha bağlı adamdır, nə iş görürsə Allahı yanında hiss edir...
Deyir ki:- “Mənim üçün, Allah zərurətdir. İki trilyon qalaktika var. Hər qalaktikada milyardlarla ulduz və s.. Hər necə olsa, mən hesab edirəm ki, Allah var və ən ali səviyyədə düşünən bir varlıqdır. Hansı şəkildədir, bilmirəm. Amma fakt odur ki, o düşünür. Düşünürsə, demək ki, canlıdır. Bu canlı özü iki trilyon qalaktikanı yaradıb. Nəyə lazımdır bu qədər qalaktika? Kainatın boşluğunu qalaktikalarla doldurub? Baş açmaq olmur. Qalaktika olar yüz dənə, iki yüz dənə. Nözənbillah, neynirsən axı iki trilyon qalaktikanı? Fırlanırlar, yanırlar, partlayırlar. Hə, nə olsun? Nə çıxdı bundan? Özü də mən inanmıram ki, o qalaktikalarda həyat var. Həyat ancaq Yer kürəsindədir. Amma bu boyda kainatı, hələ kainatın qoyaq bir qırağa, adicə insan bədəni kimi mükəmməl bir mexanizmin idarəsi onu göstərir ki, hansısa bir qüvvə var və kainatın belə olmasını istəyir...”
...Bəli, elə qocalar var ki, necə deyərlər, bir ayağı burada, bir ayağı gorda olsa da, yenə də kimdən və ya nədənsə qorxurlar. Həqiqəti dilə gətirməkdə acizdirlər. Amma elə qocalar da var ki, müdrikləşdikcə, ölüm yaxınlaşdıqca daha da cəsarətlənirlər, həqiqəti söyləməkdə qorxmaz olurlar. Belə qocalardan biri də ədəbiyyatımızın QOCA QARTALI- yazıçı, tərcüməçi və tarixçi Əlisa Nicatdır. Bu gün- avqustun 10-u onun 89 yaşı tamam olur. Onu təbrik edir, can sağlığı arzulayıram!..
Hörmətlə, Elman Eldaroğlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 10 Avqust 2025 20:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see265

Soyuqdəymə ilə qripi necə fərqləndirmək olar? AÇIQLAMA

25 Sentyabr 2025 04:05see172

Sosial Tədqiqatlar Mərkəzində Faiq Ələkbərlinin üç cildlik kitablarının təqdimatı keçirilib

25 Sentyabr 2025 13:16see151

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see148

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see136

Yollar yenə tıxaclıdır Siyahı

25 Sentyabr 2025 09:03see126

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see126

Masterchef Türkiye də gərgin anlar Münsif iştirakçını efirdən qovdu

25 Sentyabr 2025 13:16see125

Yol vergisi alınacaq AÇIQLAMA

25 Sentyabr 2025 12:00see125

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see123

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see122

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see122

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see122

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see122

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see121

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see121

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see117

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see117

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see117

Son statistika: Ukrayna bu cür dirçəlir, Rusiya isə...

25 Sentyabr 2025 07:01see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri