Ədəbiyyatşünas alim Asiya Elmlər Akademiyasına üzv seçilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 17 dekabr, AZƏRTAC
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd 52 ölkədən 130 alimin səslərini qazanaraq əsas ofisi Çinin Honkonq şəhərində yerləşən Asiya Elmlər Akademiyasına üzv seçilib.
Bu barədə AZƏRTAC-a Ədəbiyyat İnstitutundan məlumat verilib. Qeyd olunub ki, Vüqar Əhmədlə yanaşı, Asiya Elmlər Akademiyasına şöhrətli Azərbaycan alimləri də rəhbər və üzv seçiliblər: professor Elçin Xəlilov prezident, akademik Ziyad Səmədzadə və professor Ədalət Muradov vitse-prezident, professorlar Mahirə Hüseynova (akademik), Məhbubə Vəliyeva (akademik), Vahid Novruzov (akademik).
Qeyd edək ki, Vüqar Əhməd buna qədər bir çox beynəlxalq elmi-ədəbi akademiya və təşkilatlara üzv seçilərək Azərbaycanı ləyaqətlə təmsil edib. Eyni zamanda, o, elmi fəaliyyətinə görə dünya ölkələrinin akademiyalarının qızıl medalları və diplomları ilə təltif olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 17 Dekabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















