Icma.az
close
up
RU
Ədəbsiz, aşağı səviyyəli əyləncə Tolstoy Şekspirə niyə nifrət edirdi?

Ədəbsiz, aşağı səviyyəli əyləncə Tolstoy Şekspirə niyə nifrət edirdi?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün dahi rus yazıçı Lev Tolstoyun doğum günüdür.

Kulis.az bu münasibətlə hollandiyalı jurnalist və kinotənqidçi Tim Brinkhofun “Tostoy Şekspirə niyə nifrət edirdi?” adlı məqaləsini təqdim edir.

Şekspir çoxları tərəfindən sevilsə də, onun yaradıcılığı heç də birmənalı qarşılanmır.

Üstəlik, bütün zamanların ən böyük dramaturqu kimi onun hakimiyyətinə meydan oxuyan, ən az Şekspir qədər məşhur yazıçılar da az deyil.

Üç illik qısa teatr tənqidçiliyindən sonra Corc Bernard Şou "Şekspirin fəlsəfəsinin boşluğuna" gözlərimizi açmağa borclu olduğunu hiss etdi. İngilis ədəbiyyatı alimi C.R.R. Tolkien də Şekspiri sevməyənlər arasında idi və onun bu mövqeyindən qorxurdular. Volter isə hər dəfə Şekspirdən söz düşəndə özünə hakim ola bilmirdi.

Ancaq bütün bunlarla yanaşı, heç bir ədəbiyyat ustadı Şekspirdən Lev Tolstoy qədər nifrət etmirdi. Aristokrat ailəsində doğulan, “Hərb və Sülh” romanının müəllifi Tolstoy kiçik yaşlarından “Hamlet” və “Maqbet”i oxusa da, dostları və ailə üzvləri arasında bu əsərləri əsl şedevr kimi qəbul etməyən yeganə insan idi. Bu cür reaksiyaları onu ciddi şəkildə narahat da edirdi.

Tolstoyun Şekspirin komediya anlayışından xoşu gəlmirdi, bu cür söz oyunlarını “zövqsüz” hesab edirdi. Tolstoya görə, Şekspirin təmtəraqlı dialoquna həqiqətən uyğun gələn yeganə personaj sərxoş Falstaff idi.

Bir dəfə Tolstoy heyran olduğu və hörmət etdiyi iki yazıçıdan, İvan Turgenevdən və Afanasi Fetdən Şekspiri nəyin bu qədər böyük etdiyini soruşduqda, onların dilə həssaslıqla yanaşmadan və heç bir dərin nəzəriyyə, təhlil olmadan yalnız qeyri-müəyyən ifadələrlə, adi cümlələrlə ona cavab verdiklərinin şahidi olmuşdu.

Qüsurlar və qərəzlər bir yana, onun 1906-cı ildə qələmə aldığı məqaləsi konkret olaraq Şekspirin irsinə və onun qurulmasına kömək edən qurumlara hücum idi. Tolstoy əvvəlcə Şekspirin dramaturq istedadını şübhə altına salacaq məqamlarla çıxış etdi. Onun üçün Şekspir tamaşaçıların personajlarla münasibət qurmasını çətinləşdirdi, çünki o, personajlarını İncildəki öldürmə şouları və sitkom kimi şəxsiyyət dəyişiklikləri kimi inanılmaz vəziyyətlərə salırdı. Bundan əlavə, personajlar çox vaxt öz xarakterlərindən kənar hərəkətlər edərək, süjeti öz xarakterlərinə uyğun olmayan şəkildə izləyirdilər.

Dövrünün rus yazıçılarında olduğu kimi, Tolstoy da öz bədii əsərlərində hər bir personaja yaşından, cinsindən və ya sinfindən asılı olaraq fərqli səs verməyə çalışırdı. Onun əsərlərində şahzadələr mülayim danışırdılar və zəngin söz ehtiyatına malik idilər, sərxoş kəndlilər isə mızıldanırdılar.

Digər tərəfdən, həmişə eyni poetik üslubda yazan Şekspirdə isə hörmətli şəxslərdən birinin sözləri digərinin ağzına soxulurdu, beləliklə, nitqlərindən kimin nə danışdığını xarakterinə görə ayırmaq mümkün olmazdı.

Tolstoy inanmasa da, dünya Şekspirə inanırdı…

Tolstoyun Şekspirə marağı onu sevməməsindən yaranmamışdı, dünyanın nə üçün Şekspiri gözüyumulu qəbul etməsindən doğulmuşdu.

Tolstoy yazır ki, “Mən Şekspirə pərəstiş edənlərdən onun niyə bu qədər vacib olduğunu izah etmələrini xahiş edəndə, onlarda rastlaşdığım münasibət ağılla deyil, imanla, inancla qəbul edilən hər hansı bir ehkamın tərəfdarlarındakı ilə tamamilə eyni idi”.

Tolstoy bir növ din sayıla biləcək bu vəziyyətin Şekspir ətrafında necə yarandığı ilə bağlı izahlar edirdi. O, XVI əsrin sonlarına qədər Şekspirin pyeslərinin elmi yazılarını tədqiq etmiş və belə nəticəyə gəlmişdir ki, onun əsərlərinin bir növ ədəbsiz aşağı səviyyəli əyləncədən, həssas və tükənməz ədəbi əsərə çevrilməsində alman şairi Hötenin böyük təsiri var.

Bir vaxtlar onları ilhamlandıran fransız dramlarından məyus olan alman ziyalıları, Şekspirin fikirlər və ideyalar üzərində emosiyaları vurğulamasının yeni romantik hekayələr məktəbinin yaradılmasında layiqli nümunələr kimi qəbul edirdilər.

Bu məktəb Tolstoyun o qədər də önəm vermədiyi, incəsənətin təkcə estetik baxımdan deyil, həm də sosial məqsədə xidmət etməli olduğuna inanan məktəb idi. Əslində, Tolstoy onları öz fikirlərini həqiqətə çevirmək üçün “estetik nəzəriyyələr uydurmaqda” ittiham edirdi.

Tolstoyun düşüncəsi açıq-aşkar qərəzə çevrilsə də, akademik dünyanın bir cərəyandan digərinə sıçrayışa meyilli olduğu bir həqiqət idi və bu keçidlərə heç də həmişə yalnız bilik dalınca qaçıldığı üçün üstünlük verilmirdi. Məsələn, Şekspirin irsinin bu gün də davam etdiyini iddia etmək olar ki, bu onun işinin keyfiyyətli olduğundan irəli gəlmir, bir çox akademiklərin, aktyorların və teatr şirkətlərinin karyerasını qorumaq arzusundan yaranırdı.

Corc Oruellin Tolstoya sərt cavabı…

Tolstoyun doğulmasından bir neçə əsr əvvəl vəfat edən Şekspir təbii olaraq ona qarşı irəli sürülən ittihamlara cavab verə bilmədi. Xoşbəxtlikdən, Şekspirin həmyerlisi, ingilis yazıçısı Corc Oruell Tolstoya “Şekspiri niyə oxumalıyıq?” deyə cavab yazdı. Corc Oruell son dərəcə inandırıcı arqumentlər irəli sürdü. Oruell Tolstoyun mülahizələrindəki səhvləri üzə çıxararaq bir sənətkarın yaxşı və ya pis olduğuna qərar verməyin mümkünsüzlüyü fikrindən çıxış etdi. Biz bu cür mübahisələri dəfələrlə eşitmişik, lakin Tolstoy haqqında bu əlamətdar nəticəyə görə təkrar eşitməyə dəyər.

Necə ki, Tolstoyun incəsənətlə bağlı fikirləri onun açıq şəkildə ittiham etdiyi alman romantiklərininkindən fərqli idi, hətta əksinə, onun yolu ilə gedən yazıçıların ideyaları da belə idi.

Oruell "Lir, Tolstoy və İdiot" ("Lear, Tolstoy and the Fool" 1947 -ci il) məqaləsində yazır:

“Zamanın çağırışından başqa ədəbi ləyaqəti sınayacaq heç nə yoxdur və zamanın çağırışı çoxluğun rəyinin təzahürüdür”.
Oruell Şekspirin dühasına dəyər verdikləri ədəbiyyat adamlarını qınamağı düzgün hesab etmirdi.

Oruell həm də Tolstoyun Şekspirin pyeslərinə dair mülahizələrinin əleyhinə idi, çünki Tolstoy Kordeliyanın ölümündən sonra Kral Lirin səmimi nitqini çox fərqli sözlərlə ifadə edir:

“Budur, yenə də Kral Lirin yöndəmsiz zarafatlarda olduğu kimi dinləyicini utandıran mənasız nitqi başlayır”.

Oruellin fikrincə, ən dəhşətlisi Tolstoyun Şekspiri şair kimi deyil, nəsr yazıçısı prinsipləri ilə mühakimə etməsi idi.

Qəzəbli qoca və xoşbəxt uşaq…

Günün sonunda Oruell Şekspirin sevinclə oynayan kiçik bir uşaq olduğunu və Tolstoyun otağın küncündə oturub “Niyə belə tullanırsan? Niyə mənim kimi sakit otura bilmirsən?" - deyə onu günahlandıran sual verən qəmgin qoca kimi təsəvvür edir.

Bu, gülməli görünə bilər, lakin Tolstoyun həyatını öyrənənlər - və onun nəzarətçi və ciddi təbiəti ilə tanış olanlar - oxşar bəyanatlar verən digər tənqidçilər haqqında fikirləşəcəklər.

Şekspirin bütün personajları tanış, təmtəraqlı və şekspirçi stildə olsa da, onun pyeslərinin hər biri özündən əvvəlkilərdən tamamilə fərqlənir.

Alman əsilli ingilis filosofu Isaiah Berlin “Tülkü və kirpi” başlıqlı məqaləsində Şekspirin uşaq marağı ilə bir janrdan digərinə sıçramasına daha müsbət yanaşaraq onu Tolstoyun dünyanı tək və dəyişməz şəkildə kəşf etmək fantastikası ilə müqayisə etmişdir.

Eynilə, bolşevik dramaturqu Anatoli Lunaçarski bir vaxtlar müasiri Mixail Baxtinin işlətdiyi terminə istinad edərək, Şekspiri “son dərəcə polifonik” adlandırıb.

Sadəcə olaraq, Lunaçarski Şekspirin yaradıcısından asılı olmayaraq mövcud olan və öz həyatları üçün mübarizə aparan personajlar yaratmaq istedadına heyran idi. Bu, hər bir personajı özünün uzantısı və ya əksi kimi qəbul edən, onları öz inanclarının ifadəçisi kimi istifadə edən Tolstoyla kəskin ziddiyyət təşkil edirdi.

Lev Tolstoy və Vilyam Şekspir arasındakı münaqişə zövq məsələsindən daha çox idi, bu həm də həyata və sənətə iki fərqli baxış tərzi arasında münaqişə idi. Corc Oruell bu müzakirəni bəlkə də sırf bu nöqteyi-nəzərdən diqqət mərkəzində saxlamışdı. Bəlkə də, Oruellin ən böyük kəşfi isə Tolstoyun bütün Şekspir yaradıcılığında ən nifrət etdiyi personaj olan Kral Lir ilə Tolstoyun özü arasında oxşarlıqları qeyd etməsi idi.

Qeyd edək ki, hər iki qoca öz titullarından, mülklərindən, ailə üzvlərindən imtina edərək bunun onları xoşbəxt edəcəyini düşünərək, dəli kimi ölkəni dolaşmağa başlayıblar.

Tərcümə: Nargis

Ərəb turistlərin etdiyi tərbiyəsizlikərin səbəbi nədir? - "Bizi sevmək məcburi deyil, amma..." Müğənni Rəqsanə həbs edildi - Səbəb Teymur Kazımovun solo konserti keçirildi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://kulis.az
archiveBu xəbər 09 Sentyabr 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see259

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see200

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see198

Zəngəzur dəhlizinin inşasına başlanacağı tarix AÇIQLANDI

10 Dekabr 2025 16:30see197

Odessa planı fiaskoya uğradı KONKRET

10 Dekabr 2025 17:19see193

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see165

“Qarabağ” “Ayaks” oyunu başladı CANLI (YENİLƏNİR)

10 Dekabr 2025 21:49see157

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see150

Günün canlı yayımlanacaq matçları TV AFİŞA

09 Dekabr 2025 10:21see149

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see144

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see138

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see135

Bakıda qəza münaqişəyə çevrildi

10 Dekabr 2025 09:38see134

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see134

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see130

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see129

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see127

Sahil Kərimli: “Orta Dəhliz bölgənin əhəmiyyətini daha da artırır” FOTO

09 Dekabr 2025 22:43see124

İlham Əliyev və Rixard Raşinin görüşü əməkdaşlığı dərinləşdirmək planlarını təsdiqlədi

09 Dekabr 2025 18:24see122

Oqtay Əliyevlə Dilarə Əliyevanın toy kadrları YAYILDI VİDEO

09 Dekabr 2025 00:38see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri