“Edəcəyiniz hər yardım yaşamağım üçün atılan bir addım olacaq”
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Bakı şəhər sakini, yoğun bağırsaq xərçəngindən əziyyət çəkən Elman Vəliyevin köməyə ehtiyacı var.
Yeniavaz.com-a müraciət edən E. Vəliyev bildirir ki, bir müddət əvvəl əməliyyat olunub və hazırda ev şəraitində müalicə alır.
“Çətin və ağır bir əməliyyat keçirmişəm. Şükürlər olsun ki, limfa düyünlərində metastaz aşkarlanmayıb, lakin xəstəliyin yenidən yayılma riski yüksəkdir. Həkim bildirib ki, əlavə kimyaterapiya müalicəsi almalıyam. Bu müalicələr uzunmüddətlidir və çox xərc tələb edir. Lakin bunun üçün maddi imkanım yoxdur.
Əmək qabiliyyətimi itirmişəm. Bu müddətdə əlimdəki bütün maddi vəsaiti də müalicəmə xərcləmişəm. Hazırda həm səhhətimlə, həm də maddi çətinliklərlə mübarizə aparıram”, - deyə E. Vəliyev bildirib.
O, xeyirxah və yardımsevər insanlara müraciət edərək, imkanları daxilində köməklik göstərmələrini xahiş edib:
“Sizlərdən xahişim, imkan daxilində mənə dəstək olmağınızdır. Edəcəyiniz hər bir yardım mənim üçün yaşamağa doğru atılan bir addım olacaq”.
ABB: 5522 0993 7867 5102
Əlaqə: +99455 279 32 79
Bu mövzuda digər xəbərlər:“Edəcəyiniz kiçik bir yardım, bəlkə də qızımın həyata tutunmasına səbəb olacaq”
06 Noyabr 2026 13:26
Baharı hiss edəcəyiniz Fotolar
28 Aprel 2026 10:31
Kompyuter arxasında oturarkən əməl edəcəyiniz qaydalar...
15 Noyabr 2024 19:18
Yemək vərdişində edəcəyiniz dəyişiklik ömrünüzü uzadacaq
27 Fevral 2026 20:47
Baxış sayı:167
Bu xəbər 04 Mart 2026 09:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















