Edi Rama Makronla zarafatlaşdı “Azərbaycanla Albaniyanı da təbrik edin”
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Danimarkada hazırda keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci sammiti bir neçə maraqlı anla yadda qalıb.
“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində Albaniyanın Baş naziri Edi Rama ABŞ Prezidenti Donald Trampın öz çıxışlarında səhvən Ermənistan əvəzinə “Albaniya və Azərbaycan arasında münaqişə” deməsinə zarafatla toxunub.
Belə ki, o Fransa lideri Emmanuel Makrona zarafatla deyir ki, o, Azərbaycan və Albaniyanı da təbrik etməlidir.
“Makron, bizdən üzr istəməlisiz. Çünki bizi Trampın Albaniya ilə Azərbaycan arasında təmin etdiyi sülh sazişi ilə bağlı təbrik etməmisiniz.
Makron isə cavabında gülərək “Buna görə üzr istəyirəm” deyib.
Edi Rama davamında Makrona onun yalnızca Ermənistanla maraqlandığını, Albaniya ilə bağlı Trampa təşəkkür etmədiyini bildirib.
Bununla yanaşı, görüntülərdən E.Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə səmimi davranışı da diqqət çəkib.
Baxış sayı:109
Bu xəbər 02 Oktyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















