Edi Rama: Qlobal emissiya ildənilə artır, iddialı hədəflər isə təxirə salınır
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qlobal emissiya ildən-ilə artmağa davam edir, dünyada getdikcə daha çox parçalanma və anlaşılmazlığın müşahidə olunduğu bir vaxtda isə iddialı hədəflər təxirə salınır.
"Cebheinfo.az" xəbər verir ki, bunu Albaniya Baş naziri Edi Rama BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitində çıxışı zamanı bildirib.
O qeyd edib ki, Albaniya bu gün elektrik enerjisinin 100 %-ni bərpa olunan mənbələrdən alır və ölkələri iqlim məsələlərində daha məsuliyyətli olmağa çağırıb.
"Karbon emissiyaları əvvəlki tərəflər konfransından indiyə qədər artıb. İddialı hədəflər yenə təxirə salınır. Dünyada isə getdikcə daha çox parçalanma və anlaşılmazlıq müşahidə olunur. Lakin böyük çirkləndiricilərin həmişəki kimi davranmağa davam etməsi dünyanın gələcəyinə necə təsir edəcək? Bu gün Avropada və bütün dünyada baş verənlər nikbin proqnozlar verməyə imkan vermir", - nazir qeyd edib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 13 Noyabr 2024 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















